Rahat Yatmaq İstəyirsinizsə Bunlara Əməl Edin

0
3192
Rahat Yatmaq İstəyirsinizsə Bunlara Əməl Edin

1. ”Yastıqdı” deyib keçməyin. Rahat yuxu yatmaq üçün yastıq seçmək önəmlidir. Çox sərt, ya da çox yumşaq yastıqlar rahat yatmanıza mane olur. Yatmazdan əvvəl özünüzə ən uyğun yastıq seçməlisiniz.  

2. Yaxşı yatmağın ikinci bir sirri isti bir duş qəbul etməkdir.
 
3. Özünüzə uyğun nizamlı yuxu saatları müəyyən edin və bunu pozmamağa çalışın.  
 
4. Yastıq kimi, çarpayınızı da özünüzə uyğun seçməlisiniz. Bahalı olması önəmli deyil, əsas odur ki, sizə rahat ol
 
5. Yatmazdan əvvəl və ya gec saatda yediyiniz ağır yemək kabuslar görmənizə səbəb ola bilər. Çox ac olanda da çətin ki, rahat yatasınız. Bu üzdən yemək rejiminizə diqqət edin.  
 
6. Xəyallar qurun... Yaşınızın neçə olduğu, reallaşıb-reallaşmaması əhəmiyyətli deyil! Yastığınıza başınızı qoyanda sizi xoşbəxt edəcək bir xəyal qurun, nə vaxt yuxuya getdiyinizi belə xatırlamayacaqsınız.  
 
7. Otağınız qaranlıq və səssiz olmalıdır. Bunlar rahat yuxu üçün çox önəmlidir.  
 
8. Kitab oxumaq da sizə yardım edə bilər. Bir müddət sakitləşdirici musiqilər dinləyib, ya da çox sevdiyiniz kitabı oxuya bilərsiniz!
 

ŞƏRH YAZIN