Antik Filosoflara Görə 4 Xoşbəxtlik Açarı

0
12106
Antik Filosoflara Görə 4 Xoşbəxtlik Açarı

Deməli, indiyə qədər xoşbəxtlik qazanmaq mövzusunda milyonlarla məqalə oxumusunuz, amma milyon dəfə çox xoşbəxtlik əldə etməmisiniz.

Gəlin məsələyə bu tərəfdən baxaq. Nəzəriyyəni bilmək nəyisə edə bilməklə eyni məfhum deyil. Ümidvaram, məsələn, döyüş sənəti ilə bağlı hər hansısa kitabı oxumaqla Bruce Lee kimi döyüş ustası olmanızı gözləmirsiniz. Bütün davranış nümunələri və bütün dəyişikliklərin bünövrəsi praktika ilə qoyulur. 
 
Antik “Stoikçi”lər bu qaydanı bilirdilər və onlar sırf oxunması üçün heçnə yazmadılar. Onlar yerinə yetirilməsi üçün müəyyən rituallar yaratdılar ki, həmin rituallar vasitəsilə beyinlərimiz müəyyən vərdişlərə öyrəşdirilsin və beləliklə, həyat tərzimizə çevrilsin.
 
“Gündəlik Stoik: Müdrikliyə, dözümlülüyə aparan 366 meditasiya və yaşama sənəti” kitabından:
“Buna görə filosoflar bizə boş-boşuna oxumaqla kifayətlənməməyi və bu prosese oxuduqlarımızı öyrənmək üçün praktika da əlavə etməmizi məsləhət gördülər. Çünki zaman keçdikcə, öyrəndiklərimizi unudurduq,  hadisələr istədiklərimizin əksi ilə nəticələnirdi və biz tam əks düşüncələri özümüzlə saxlayırdıq”. Epictetus, mühazirə, 2.9. 13-14
Ən maraqlısı isə odur ki, müasir tədqiqatların nəticəsi 2000 il əvvəl bu adamların danışdığı ilə üst-üst üstə düşür.
İndi isə vaxt Stoikin alət qutusunu qurcalamaq və içərisindən sizi xoşbəxt edəcək rituallar tapmaq vaxtıdır.
 
1.Soruş, “Bu hadisə başqasının başına gəlsəydi, necə məsləhət verərdim?”
Tıxac indiki dövrdə, demək olar, hər bizimizin həyatının dəhşətli parçasına çevrilib. Təsəvvür edin, dostunuz maşın sürür. O tez-tez siqnal verir, sükanı yumruqlayır və digər sürücülərə qışqırır. Və siz ona “Artıq sakitləş. Niyə beləsən? Özünə gəl!” deyirsiniz. Növbəti gün tıxac yenə dəhşətlidir və bu səfər maşını siz sürürsünüz... Beləliklə, siz də siqnala asılmağa, sükanı döyməyə və digər sürücülərə qışqırmağa başlayırsınız.                                                                            
Problemi gördünüz? Biz hər birimiz bunu edirik. Amma bununla bağlı bir dərs var ki, bunu da bir neçə minillik əvvəl Stoik bilirmiş.
Pis hadisə baş verəndə özünüzdən soruşun, “Bu başqasının başına gəlsəydi, necə məsləhət verə bilərəm?” Bu yolla çox güman ki, siz daha məntiqli addımlar atacaqsınız. Həm də, bu yolla siz həmin məsləhəti görməzdən gələ bilməyəcəksiniz. Çünki bu məsləhətin sahibi sizsiniz.
“Yaxşı həyat üçün dərslik: Stoikin antik sənəti”-dən:
Onun  məlumat kitabçasında Epiktetin müdafiə etdiyi “əks təsvir” fikri vardır. Təsəvvür edin, xidmətçiniz fincanı salıb sındırır. Reaksiyanız nə olardı? Böyük ehtimalla, siz əsəbləşəcəksiniz, yəni başınıza gəlmiş bu kiçik hadisə sakitliyinizi korlayacaq. Bu əsəbi atmağın yollarından biri həmin hadisənin başqasının başına gəlməsini düşünmənizdir. İndi təsəvvür edin, qonaqlıqdasınız və xidmətçi fincanı sındırdı. Bu  halda nəinki əsəbləşmək, əksinə, ev sahibini sakitləşdirəcəksiniz ki, “Bu sadəcə bir fincandır, fikir vermə, olur belə şeylər”. Beləliklə, “əks təsvir” taktikası ilə Epiktet inanır ki, pis hadisələr baş verərkən onun önəmini və əslində xırdalığını düşünərək əsəbin yaradacağı fəsadlardan qurtula bilərik. 
Yaxşı məsləhətdir. Bəs işə yarayırmı? Bestseller olan “Predictably İrrational”-ın müəllifi professor  Dan Ariely ilə olan söhbətdən sonra onun da bu fikirdə olduğunu gördüm. O, bu strategiyanı “kənardan bax” deyə adlandırır. Dan:
Həyat barədə məsləhət verməli olsaydım, ilk öncə insanlardan hadisəyə kənardan baxmağın nə olduğunu soruşardım. Bu çox sadə bir fikirdir: “Bir hadisə başqasının başına gəlsəydi,  necə məsləhət verərdin?” Və mənim müşahidə etdiyim bir nüans var. Biz adətən kiməsə məsləhət verəndə özümüzün olduğumuz vəziyyəti və emosiyalarımızı nəzərə almırıq. Əslində isə, verilən qərarlardan uzaq düşünməyi bacarırıq və bu bacarıq sayəsində daha yaxşı qərar verə bilirik.
Qızıl qayda deyir ki, “özün üçün nə edirsənsə, başqası üçün də eynisini et”. Stoikin şərəfinə deyə bilərəm ki, hər hansısa bir hadisədən sonra Toga qaydasını tətbiq edin və başqalarına verə biləcəyiniz məsləhətlərə uyun. Deyək ki, siz nəsə yolundan çıxanda Toga qaydasına riayət etdiniz, lakin bəzi işlər hələ də tamamilə düzəlmədi. Pis vərdişləriniz var, bəlkə də. Hər birimizin var. Bəs görəsən, Stoikçilərin Batman kəmərində bu vərdişləri tərgitmək üçün nə var? Nəzərinizə çatdıraq ki, onlar bu mövzuda da xeyli irəlidə imişlər...
 
2.“GÜZƏŞT DİSİPLİNİ”ndən istifadə edin
Hər birimizin həyatında belə bir an olur: bir aktı həyata keçirmək və ya ona qarşı dirənmək. Yalnızca bir seçimin var və sən artıq bəlkə də 100 dəfə etdiyin və hətta nəticəsi bəzən pis olanı seçirsən.  
Stoikçilərə görə, hisslərin və fikirlərin əsiri olmaq lazım deyil. “Güzəşt disiplini”  anlayışı etməməli olduğumuz hansısa aktı etməyə meyilliliyi və təslim olmamağı hiss etməkdir. Ancaq, bildiyiniz kimi, bu hisslərin arasında seçim etmək çox çətindir.
Epiktet də bu barədə düşündü və qərar anı üçün önəmli nüansı tapdı. Belə ki, onun fikrinə görə, işi görmək ərəfəsində siz özünüzü toplamalısınız və onu təxirə salmalısınız. Özünüzü məcbur edərək kiminsə super qəhrəmanı olmağınız vacib deyil. Sadəcə dayanın və bu haqda düşünün. “Mühazirələr və seçilmiş yazılar”da Epiktet deyir:
Sizi daha öncə yanıldan hərəkəti yenidən etməyə özünüzü məcbur etməyin. Ona deyin ki:”Gözlə hələ; bir baxım sən kimsən, mənim üçün nə ifadə edirsən. İcazə ver, səni yoxlayım”. 
Pis vərdişləri yox etməyin yollarını tapan müasir araşdırmalar da eyni qənaətdədir. İlk olaraq, özünüzü məcbur olmadığınız işi görməkdən saxlayın və sonra da onu təxirə salın:
Təxirə salanlar daha rahat şəkildə həyatını davam etdirirlər, nəinki öz həyatını sevmədiyi işləri görmək üçün məcbur edənlər... Nəticələr göstərir ki, özünüzə “Mən bunu sonra edərəm” deməniz daha yaxşı işə yarayır. Bu metod arzularınızı da yerinə yetirmənizə kömək edəcək. Məsələn, tutaq ki, çəki atmaq istəyirsiniz. Bu metod hətta müalicə əvəzinə iştahınızı kəsməyə belə kömək edəcək. Şirniyyatı azaltmaq üçün iradə verəcək, amma görünən odur ki, “Sonra” demək  “Heç vaxt” deməkdən daha stresli imiş. Ancaq bir müddət sonra, siz daha az istəməyə və yeməyə başlayacaqsınız.
İndi ola bilər ki, hansısa işinizi təxirə saldınız. Ancaq bu hal yenə təkrarlanır... Bu halda pis vərdişlərinizi özünüzdən necə uzaqlaşdıracaqsınız? Cavabını mən deyim. Bunu etməyəcəksiniz.
Onu nə iləsə əvəz edin. Epiktetin dediklərinə baxaq:
Vərdişlərimizlə savaşmaq üçün ən optimal yol hansıdır? Həmin vərdişi başqa biriylə əvəz etmək. Yəni xoşunuz gələn bir işi mütəmadi olaraq görün, sevmədiyinizi isə başqası ilə əvəz edin.
Ortadan qaldırmayın, sadəcə əvəz edin.
“Həyatda və biznesdə nəyi niyə edirik”dən:
Biz bilirik ki, vərdişlər yox edilmir, bunun yerinə əvəz edilir. Və Qızıl qayda tətbiq edilərsə, onlardan qurtulmaq çox rahatdır. Yəni əgər bu metoddan istifadə etsək, həyat tərzimizə yeni və sevəcəyimiz bir əlavəni daxil etmiş olarıq.
Xülasə, pis vərdişləri təmizləmək yaxşıdır. Ancaq həyatımızdan neqativləri çıxarmamız pozitivlərin artması demək deyil. Çünki biz həyatımız boyu “istəyirik” və yeniliklərə hər zaman ehtiyac duyuruq.  Həmçinin, “kifayət” özü belə tamamilə kifayətli olmur.
 
3.Bunu bir müalicəyə çevirin
Epiktet öz kitabı “Enchiridion”-da yazıb:
Sahib olmadıqlarına görə  pis olmayıb, sahib olduqları üçün sevinən insan müdrik insandır. 
Sözün açığı, Stoikçilərin bu fikrə öz münasibətləri bir az ekstremal idi. Belə ki, onların fikrincə, sahib olduqlarının dəyərini anlamaq üçün onları itirməlidirlər. Stoikçilər ölümü də düşünərək özlərini qəsdən və məcburən bütün zövq-səfalardan uzaq tuturdular. 
“Gündəlik Stoik: Müdrikliyə, dözümlülüyə aparan 366 meditasiya və yaşama sənəti” kitabından:
Düşüncələrinizin dəyanətini yoxlamaq üçün bir test : kiçik bir müddət sahib olduğunuz ən ucuz yeməkləri istehlak edin, ən köhnə, didilmiş paltarları geyinin və özünüzdən soruşun ki,bütün  bunlar sizin həqiqətən qorxduğunuz şeylər idimi?-Seneca, Moral Letters, 18.5-6
Və tədqiqatlar göstərdi ki, bu metod işə yarayır. Lakin bundan daha rahat yolla eyni nəticəni almaq, əlbəttə ki, daha yaxşı olardı...
Öyrəşdiyiniz gündəlik adətdən xilas olmaq üçün nə edirsiniz? İlk gün səhər həzz alaraq içdiyiniz 1 fincan kofeni artıq tələsərək ayaqüstü içirsinizsə, 3 günü bunsuz ötürün. Bu ölülərin verdiyi sadə bir məsləhət deyil. Harvard professoru Mike Norton ilə söhbət zamanı o dedi ki, öyrəşdiyiniz və dadını artıq almadığınız adətlərinizin dəyərini geri qaytarmaq üçün bunun müalicəsi belədir:
Hər səhər bir fincan kofe içməyi sevirsinizsə, bunu hər gün təkrarlamayın. Və bir müddət sonra onu yenidən içəndə, həmin bir fincan kofe sizə daha böyük bir zövq verəcək. Bu o demək deyil ki, bunu etməkdən həmişəlik vazkeçin, bu o deməkdir ki, sadəcə qısa müddətlik bu adəti təxirə salın. Bu zaman, inanın ki, kofedən əvvəllər aldığınız dad belə daha gözəl olacaqdır.
Stoikçilər nə hiss yaşayırsınızsa, onu bütün dərinliyi ilə yaşamanızı istəyir. Onlar əyləncə sevməyən sıxıcı insan qrupu deyildilər, heç biri “Star Trek” filmindəki Spock-a bənzəmirdi və heç biri emosiyasız deyildi. Onlar sadəcə neqativ fikirlərlə mübarizə aparırdılar. 
“Gündəlik Stoik: Müdrikliyə, dözümlülüyə aparan 366 meditasiya və yaşama sənəti” kitabından:
Gələcəklə bağlı narahatlıq yaşamaq, nə vaxtsa gələ biləcək ağrı-acının indidən dərdini çəkmək və sevdiklərimizin sonsuza qədər sizinlə olmasını istəməyin verdiyi narahatlıq ruhumuz üçün sadəcə dağıdıcı təsirlərə sahibdir. Belə bir ruh heç bir zaman dincliyə qovuşa bilmir və beləliklə, zamanla  artıq indiki günü yaşamağın dadına varmaq qabiliyyətini itirir. Seneca, Moral Letters, 98.5b-6a.
Və, yenə də, elm Stoiklə həmfikirdir.. İndiki həyatınıza və yaşadıqlarınızın dadını çıxarmağa diqqətinizi versəniz, daha xoşbəxt olacaqsınız.
“Xoşbəxtliklə psixoloji zənginliyin sirlərini açmaq”-dan:
Həyatın dadını çıxarmağın ən effektli yolu diqqəti doğru tərəfə yönəltməyi bacarmaqdır. “Pozitiv”i seçib, ona lazımı dəyəri verməkçün ayırdığınız zaman sayəsində rifah səviyyənizin artdığını da müşahidə edə bilərsiniz. Özünüzü bəzi kiçik nüanslardan məhrum edin və beləliklə, cəhənnəminizdən qurtulun. Bu yolla, artıq nəyisə istəməyi dayandıracaq və sahib olduqlarınızla tətmin olmağa başlayacaqsınız. 
İndi isə sıra Stoikin ən böyük məsləhətindədir. Həyatımızın yaxşıya doğru getdiyini necə təyin edə bilərik? Ya da başqa bir sual verək: Həyatda daha yaxşı addımlar atdığımızı, eyni səhvləri buraxmadığımızı, hər zaman öyrəndiyimizi və inkişaf etdiyimizi necə bilə bilərik? Toga...
 
4.Axşam analizi et
Gündəlik analizlər sizə böyük xoşbəxtlik verməyəcək. Ancaq Stoikçilər gündəlik analiz etməyə həvəsli idilər, çünki bunun sizi inkişaf etdirdiyinə inanırdılar.
“Gündəlik Stoik: Müdrikliyə, dözümlülüyə aparan 366 meditasiya və yaşama sənəti” kitabından:
Özümü hər gün izləyəcəyəm. Çünki öz yaşamıma dönüb baxmayaraq daxilimdə nəyinsə doğru getmədiyinin fərqindəyəm ki, bu səhvi əksəriyyətimiz edir. Demək olar, heç kim  öz gününü, etdiklərini analiz etmir. Biz ancaq etmək istədiklərimizi əks etdiririk. Və gələcəyimiz hələ də keçmişimizin izlərindən ibarətdir.- seneca, Moral Letteers, 83.2
Axşam analizləri həmin gün etdiklərinizi əks etdirdiyi üçün çox önəmlidir. Stoik filosoflarından biri olan Seneca deyir:
İşıq yoxa çıxdığı və həyat yoldaşımın səssizliyə çəkildiyi anda (yəni axşam olanda) mən bütün günümü analiz etməyə başlayırdım. İndi həmin hərəkətimin vərdişə çevrildiyini rahatlıqla deyə bilərəm. Mən bütün günümü, etdiyim yanlışları, dediyim sözləri bir-bir, heçbirini unutmadan və üstündən keçmədən düşünürdüm. Etdiyim səhvlərdən qorxmağı yox, onları bir də etməməyi məqbul görürdüm və deyirdim ki, “Mən bunu bir daha etməyəcəyəm, bu səfərlik isə özümü əfv edirəm”.
Bu gün nə səhv etdiyini düşün və tap. Etmədiyin, amma etməli olduqlarını düşün. İndi isə bu günlük nə qədər inkişaf etdiyin gözünün önündədir. Amma buna görə özünü günahlandırma. Seneca kimi özünü bu səfərlik sadəcə əfv et. 
Bu gün nəyisə yubatdın? Araşdırmalar deyir ki, özünü bağışlamaq səni bəhanələr gətirməkdən uzaqlaşdırır. Özünə sərt tənqidçi olaraq yanaşma. Bu gün etdiyin yaxşı şeyləri düşün və onları sabah da təkrarlamağı qarşına məqsəd qoy. Baş verən bütün yaxşı şeylərə görə minnətdar ol. Stoikçilər üçün ən önəmli nüanslardan biri məhz şükr etməkdir. Marcus Aurelius dualara arxalanmağın verdiyi xeyirə inanırdı.
“Gündəlik Stoik: Müdrikliyə, dözümlülüyə aparan 366 meditasiya və yaşama sənəti” kitabından:
Sahib olmadıqlarının sənin olmasını nə qədər istədiyini düşünmək yerinə, sənin olanlara görə şükür et və sahib olmasaydın, onları nə qədər istəyə biləcəyini düşün. – Marcus Aurelius, Meditasiya, 7.27
Elm tərəfindən sübut olunmuş və xoşbəxtliyi qazanmaq üçün ən böyük addımlardan biri də yatmazdan öncə bu dualarınızı bir yerə yazmanızdır.  
Artıq siz öz “toga”nızı bilirsiniz. İndi öz stoik çantanızda olanları toplamaq və yeni insanlarla tanışlıq üçün qədim metodlardan istifadə edərək birlikdə xoşbəxt olma zamanıdır.
Yekun vuraq:
•Soruş, “Bu başqasının başına gəlsəydi, necə məsləhət verərdim?” Özümə verdiyim məsləhət=başqasına verdiyim məsləhət.
•“GÜZƏŞT DİSİPLİNİ”ndən istifadə edin. Ortadan qaldırma, sadəcə təxirə sal. Sonra dəyərləndir. Və pis vərdişlərini başqaları ilə əvəz edərək tərgit.
•Bunu bir müalicəyə çevirin. Özünü bir daddan məhrum et və sonra yenidən yoxla. Hamamı uzun müddət ərzində tapmayandan sonra ondan istifadə şansı əldə etmək də xoşbəxtlik verəcək.
•Axşam analizi et. Fikirləş. Bağışla. Dualarına arxalan. Şükür et. 
Əgər xoşbəxt olmaq istəyirsənsə, münasibət qurmaq  böyük əhəmiyyət kəsb edir. Ancaq bəzən başqalarının bizim üçün nə etməli olduqlarına fikir veririk. Bu isə məyusluq üçün reseptlərdən biridir. 
Stoikizmin ən əsas prinsiplərində biri odur ki, kontrol edə biləcəklərinizə fikir verəsiniz. Və siz başqa insanları kontrol etməməlisiniz (Bəlkə də başqalarının həyatını kontrol etməyi bacarırsınız, lakin bunun nəticəsi bəzi hallarda həbs cəzası belə ola bilər). 
Stoik bilirdi ki, siz hərəkətlərinizi kontrol edə bilərsiniz. Və əksər zamanlarda da, bu, başqalarının sizə qarşı münasibətində müsbət dəyişim yaradacaq. Seneca bunu sadə dillə deyib:
Sevilirsinizsə, sevin.
Bəli, elm də Seneca ilə eyni düşünür. Nəzəriyyəni bilmək nəyisə edə bilməklə eyni məfhum deyil. Beləliklə, bu gün birinə onu sevdiyini göstər və Stoik təliminə qatıl.     
 
Tərcümə etdi: Jalə Mirzəyeva
 
 

ŞƏRH YAZIN