Bir professor, sosiologiya fakültəsindəki tələbələrini Baltimore şəhərinin kənar məhəllələrinə göndərmiş və o bölgədə yaşayan 200 oğlan uşağının vəziyyətlərini araşdırmalarını və hər bir uşağın gələcəyi haqqında bir dəyərləndirmə etmələrini istəmişdi.
Tələbələrin dərhal hamısı bu uşaqların gələcəkdə heç bir şanslarının olmadığını dilə gətirmişdilər.
Bundan tam iyirmi beş il sonra bir başqa sosiologiya professoru təsadüfən bu çalışmanı tapdı və tələbələrindən bu layihəni davam etdirmələrini və eyni uşaqlara nə olduğunu araşdırmalarını istədi.
Tələbələr o ərazidən köçən, ya da ölən 20 uşaqdan başqa 180 uşaqdan 176-sının qeyri-adi bir uğur göstərib, vəkil, həkim, ya da iş adamı olduqlarını ortaya çıxardılar.
Professor çox təsirlənmişdi və bu məsələni izləməyə qərar verdi. Bir yetkin şəxs olan o uşaqların hamısı o ərazidə yaşadıqları üçün hər biri ilə görüşmə şansı oldu.
"O şəraitlərdə necə bu qədər uğurlu oldunuz?" sualına verdikləri cavab həmişə eyni idi: "İbtidai məktəbdə bir müəllimimiz vardı. Onun nəticəsində".
Professora, bu müəllim çox maraqlı gəlmişdi. Hələ də həyatda olduğunu öyrəndiyi yaşlı müəllimin izini tapması çətin olmadı. Onu ziyarət etmək üçün evinə qədər getdi.
Qarşısında illərin üzünə əlavə etdiyi qırışlara baxmayaraq hələ də sakit dayanan bir yaşlı qadın tapdı.
Maraqla yaşlı qadına bu uşaqları kənar məhəllələrdən xilas edib, uğurlu bir yetkin şəxs olmalarını təmin etmək üçün istifadə etdiyi sehrli formulun nə olduğunu soruşdu.
Yaşlı müəllimin gözləri parladı və dodaqlarının kənarında bir gülümsəmə göründü:
"Çox sadə" - dedi, "Mən o uşaqları çox sevdim".
Korrektə etdi: Hürü Mustafayeva