Bu yazını siz deyil, şüuraltınız seçdi!

0
5676
Bu yazını siz deyil, şüuraltınız seçdi!

Qərar vermək beynimizin ən önəmli işlərindəndir. Üstəlik hamımız qərarlarımızı şüurlu şəkildə verməyə çalışırıq. Halbuki, araşdırmalar düşünmə zamanı əsl işi şüuraltının etdiyini söyləyir. Eynən indi bu yazını oxuduğunuz kimi. 

Şüuraltı düşündüyümüzdən daha zəkalıdır?
 
Beynimizdən istifadə edərək tapmaca oxuyarkən kontrolun bizdə olduğunu zənn edərik. Amma yeni araşdırmalar, bir çox şeylərin şüuraltında olub – bitdiyini göstərir. 
Öz ağlımızı, zehnimizi və beynimizi tanıyırmış kimi davranırıq. Günlük həyatımızın sadə işlərini yerinə yetirərkən, gəzərkən, qaçarkən, danışarkən ağlımızdan keçən düşüncələr vardır. Bu gün nə yeyim? – deyə sual verərik özümüzə. Ya da görəsən bu qadın niyə belə etdi? – deyə. Sonra da bu sualın cavabını tapmağa çalışırıq. Bu cür sual – cavabların ağlımızda olub – bitənlərin hamısı olduğunu düşünərik. Amma bu yanılmadır. 
 
Bütün psixoloqlar bu mövzuda həmfikirdir: hər insanın bir şüuraltısı vardır və düşünərkən əslində əsas işi o görər. Fransanın paytaxtı haradır? – deyə soruşduqda “Paris” cavabı öz – özünə gəlir ağlımıza. Barmaqlarımızı oynatmaq istəyərkən bunu etmək üçün şüurlu bir qərar verməyimiz lazım deyil. Bunu şüuraltımızla yerinə yetirərik. 
 
Psixoloqlar şüuraltı yolu ilə edilənlər və şüurlu düşünmə tələb edən şeylər nələrdir sualına aydınlıq gətirməyə çalışırlar. Bu sahədə aparılan araşdırmada “Şüuraltı ağıllıdır yoxsa axmaq?” kimi qəribə başlıqdan da istifadə olunmuşdur. Bu mövzuda geniş yayılmış fikirlərdən biri, şüuraltının etdiyi işləri belə sıralayır: Sadə xəbərdarçı-reaksiya tələb edən hərəkətləri hazırlamaq, təməl məlumatları təqdim etmək, obyektləri tanımaq və tez-tez təkrarlanan hərəkətləri yerinə yetirmək, planlaşdırma, məntiqi şərh və fikirləri birləşdirməyi tələb edən mürəkkəb idraki işlər şüurlu düşünməyi tələb edir.
 
Maraqlı bir təcrübə
 
Son dövrlərdə İsraildə edilən bir araşdırmada isə bu inancı sarsıdan bəzi tapıntılar əldə edildi. Ran Hass və qrupu 'davamlı flaş yolu ilə basdırma' (Continuous Flash Suppression) metoddan istifadə edərək göz aldanması yaradıb, subyektləri fərqində olmadan onların beyninə bəzi məlumatlar çatdırmağa çalışırdı.
Bu üsul, iki gözümüzün olması və beynimizin hər iki gözün gördüyü obyektləri birləşdirib mənalı bir görünüş olaraq qəbul etməsi gerçəyinə söykənir. Bir gözə davamlı olaraq parlaq rəngli və diqqət yayındırıcı kadrlar flaşlar halında göstərilərkən digər gözə gerçək məlumatı ehtiva edən görünüşlər təqdim edilir.
Digər gözə əks etdirilən kadrlar elə diqqət dağıdıcıdır ki, adam təqdim edilən əsl məlumatı şüurlu olaraq dərhal qəbul edə bilmir. Normal görüş halında dərhal fərq edilə biləcək bu məlumatı qəbul etmək üçün bir neçə saniyə keçməsi lazımdır. (Halbuki flaşlar halında yanıb sönən kadrlar görünüşü izledilən göz bağlı tutulsa 'basdırılan' görüntü dərhal qəbul edilən bir məlumat ehtiva edir.)
 
Hassin'ın təcrübəsində bir gözə diqqət yayındıran parlaq kadrlar göstərilərkən digər gözə arifmetik suallar yansıtılmıştı. Yəni "9 - 3 - 4 =" kimi bir sual göstərilir və sonra bir rəqəm əks etdirilərək tərcübə aparılanlardan yüksək səslə oxumaları istəyirdilər. Bu say problemin doğru cavabı olaraq "2" ola bilər ya da "1" kimi səhv bir say da ola bilərdi.
Təcrübədəki maraqlı nəticə bu idi: Üzərində təcrübə aparılanlar, hədəf say doğru cavab olduğu zaman səhv cavabdan çox daha sürətli oxuya bilirdilər. Bu isə sual tənliyində onların düşünərək şüurla həll etdikləri mənasını verirdi. Halbuki digər gözə tətbiq olunan çaşdırıcı kadrlar səbəbiylə bu əməliyyatın şüurlu olaraq fərqində deyillər əslində.

Şüuraltının tutumu
 
Bu təcrübədə əldə edilən tapıntılar, şüuraltının düşünüləndən çox daha incə bacarıqlara sahib olduğuna işarə edir. Şüuraltı səviyyədə digər əməliyyatlarla əlaqədar edilən təcrübələrdən fərqli olaraq burada hər hansı bir xəbərdarlıqçıya qarşı avtomatik bir reaksiya olmur. Arifmetik qaydalarına uyğun qəti bir nəticə bildirməyi tələb edir.
Bunun ancaq şüurlu bir səylə mümkün olduğunu düşünürük. Amma "şüuraltı ilə əlaqədar araşdırmalarda bir dönüş nöqtəsi" olaraq görülən bir texniki istifadə bu təcrübədən, bu mühakiməni sorğulayan bir nəticəyə gəlmişlər: "Şüurlu olaraq edilən bütün təməl əməliyyatları şüuraltı da edə bilər."
Bunlar olduqca böyük iddialardır və şüuraltının gücüylə əlaqədar daha geniş işlər edilməsi lazım olduğunu araşdırmanı icra edənlər özləri də qəbul edir. Beynimizin etdiyi əməliyyatların çoxu eynilə bir aysberq kimi görüş sahəmizin xaricində cərəyan edir. Bu cür təcrübələr isə o görünməyən hissəyə bir işıq tutmağa çalışır.
 

ŞƏRH YAZIN