Əhval - Ruhiyyəmizin Fəaliyyətimizə Təsiri

0
3954
Əhval - Ruhiyyəmizin Fəaliyyətimizə Təsiri

Əhvalımızın necəliyindən asılı olmayaraq əldə etmək istədiyimiz şeyə çatmaq üçün bacardığımızın ən yaxşısını edərik. Bu cür düşüncə, daim hədəfə yönəlik düşüncədir və emosional halımız bizə maneə yaratsa da hələ də müvəffəqiyyətə çatmaq istəyimizi əks etdirir. Bəzən bacarıqsız və gücsüz halda oluruq, bu da təbii olaraq istənilən nəticəyə nail  olmaqda maneə yaradır.  Bu hal hər hansı zamanda beynimizdə reallaşan milyonlarla neyro – bioloji prosesin cəmi kimi  təyin edilə bilər. Bu vəziyyətə təcrübəmiz də deyə bilirik.  Bunların çoxu  şüurumuzdan asılı olmadan reallaşır. Müəyyən bir işlə məşğulkən (telefonla danışanda, satışla məşğul olanda, yemək yeyəndə və s.) sevincli, xoşbəxt, bədbəxt, qısqanc yaxud əsəbi olmağa qərar vermərik. Lakin, beynimizin kimyasını dəyişməsilə yanaşı, digər fizioloji proseslərimiz də dəyişər. Belə ki, bir vəziyyətdən digərinə keçid edərik və  istənilən halımız davranışlarımıza təsir edər. 

İçində olduğunuz vəziyyət haqda düşünmək, onu dəyişməyə çalışmaq və özünüzlə “daxili dialoqa girmək”  hiss etdiklərinizi bir andaca dəyişə bilər. Məsələn, əsəbisiniz. Beyninizin qəbul etdiyi siqnal böyük ehtimalla sizin müqəddəs saydığınız bəzi qayda və dəyərlərin başqası tərəfdən çeynəndiyini göstərəcək. NLP – nin ilkin qanunlarından biri odur ki,  hər birimizin dünya xəritələrinin bir – birindən fərqli olduğu həqiqətini bilsək də, zaman - zaman belə vəziyyətlə qarşılaşmağımızın mümkün olduğunu da unutmamalıyıq. Hər birimiz fərqli mühit və təcrübələrin məhsuluyuq. Məqsədlərimiz də fərqlidir, bunları reallaşdırmağın yollarını axtararkən müxtəlif niyyətlər  daşıyırıq. Bəlkə də, insanların bilmədən etdiyi şeylər bizim əsəbləşməyimizə səbəb olur. Belə də ola bilər ki, əsəbləşməyimiz öz qayda və dəyərlərimizi başqalarına söykəmə seçimimizdən asılıdır. Bəlkə də, müəyyən etdiyimiz dəyər və standartları itirdiyimizə görə özümüzə əsəbləşirik.
Yaşadığımız xəyal puçluğu  ümidlərimizin boşa çıxması və ya əldə etməyə səy göstərdiyimiz hədəflərin əldə olunmamasından qaynaqlana bilər. Bəzən də hədəfimiz ya özü uyğun deyil, ya da pis təyin olunmuşdur.  NLP ilə hədəfinizi aydınlaşdıraraq bu cür xəyal qırıqlıqlarının qarşısını ala bilərik. “Müvəffəqiyyətsizlik yoxdur, sadəcə nəticələr vardır”  prinsipi hər şeyə fərqli mövqedən baxmamızı təmin edəcək. Bu xəyal  puçluğundan necə dərs çıxara bilərik? Bəlkə, başqa baxış bucağını mənimsəyəcək  ya da bu təcrübədən daha çox tətbiqi mümkün olan hədəf çıxacaq ortaya. Yaşanan vəziyyətin resurs olduğunu unutmayaq. əsəbilik, ümidsizlik kimi duyğularda da müsbət bir funksiya görə bilə, hansı hislərin bizi yetkinləşdirib, hansılarının bizi zəiflətdiyinə özümüz qərar verə bilər və NLP texnikalarından səmərəli istifadə nəticəsində öz azad seçimlərimizi edə bilərik. 
 

ŞƏRH YAZIN