Səbəb Yükləmə nəzəriyyəsi

0
5107
Səbəb Yükləmə nəzəriyyəsi

Insanların günlük həyatda bir – birilərindən təkrar – təkrar soruşduqları açar sual  “niyə?” – sualıdır. Insanoğlu başına gələn hadisələrə sadəcə reaksiya verməsi ilə yanaşı, bu hadisələrin niyə baş vermiş olduğunu və digər insanların niyə fərqli davranış nümayiş etdirdiklərini anlamaq istəyər.
 
Fərqli hadisələrin səbəbləri əksər zamanlarda müşahidə edə biləcəyimiz şeylər deyildir. Bu səbəbdən də biz özümüz baş verənləri, onlara müəyyən səbəblər yükləyərək  qavrayırıq. Səbəb yükləmək istəyimizin səbəbi insanın çevrəsindəki hər şeyi anlamaq, bilmək istəyi ilə bağlıdır.  
Səbəb yükləmək müşahidəçinin, özünün və ya başqa birinin davranış səbəbləri haqqında məna çıxartmasıdır. Qısaca, biz həm özümüzün həm də digərlərinin davranışlarını necə açıqladığını ifadə edirik. 
 
Kelley (1967)  insanların çevrələrindəki təsadüfi hadisələrin şüurlu kontroluna sahib olmaq üçün cəhd etdiklərini irəli sürür. Insanlar, ətrafda baş verən hadisələrin necə reallaşdığını anlamağa çalışırlar. Çünki, səbəb əlaqələrini düzgün qura bilmək, insanların gələcək davranışlarını, hədəflərini müəyyənləşdirmədə köməkçi olur.  Eyni zamanda səbəbləri bilsək daha az səhv etmə ehtimalımız olar və hadisələri nəzarət altında saxlama gücümüz də artmış olar. 
“Səbəb yükləmə nəzəriyyəsi”  insanların davranışlarının səbəblərini araşdırmaqla yanaşı tapılan səbəblərin müxtəlifliyi, duyğu, motivasiya və sonrakı davranışlar üzərində bu cür səbəb yükləmələrinin təsirləri ilə maraqlanmaqdadır. (Bek, 2004)
 
 

ŞƏRH YAZIN