İş Görüşməsinin Əsas Qaydaları

0
2150
İş Görüşməsinin Əsas Qaydaları

1. Özünüzü hazır hiss etmək: Müraciət etdiyiniz şirkətdə daha əvvəl işləyən kəslərlə görüşün və şirkətin satışa çıxardığı hər nə isə onlar haqqında məlumat sahibi olun.

İdarəçiləri və şirkətin profilini Googledə yaxşıca araşdırın. Xüsusilə də idarəçilərin nə qədər müddətdir o şirkətdə işlədiyini öyrənməyə çalışın.
 
2. Veriləcək suallara hazırlaşmaq: Alışdığımız suallara çalışaraq, hazırlıq edin. Məsələn, "Niyə sizi işə götürməliyik?" sualının cavabını bilərək görüşməyə gedin.
 
"Ən zəif istiqamətiniz nədir?" sualına, "Zəif istiqamətim yoxdur" deməyin, həqiqi olmağa çalışın. Hətta kiçik zəifliklərdən bəhs etmək, sizin inkişafa açıq olduğunuzu göstərər.
 
Mütəxəssisliyiniz, problem həll etmə bacarığınız və digər mövzularla əlaqədar da danışmağa laqeyd yanaşmayın.
 
3. Qüsursuz görünmək: Köynəyini belə ütüləmədən iş görüşməsinə gedən minlərlə adam var. Əgər diqqət çəkmək istəyirsinizsə, xarici görünüşünüzün qüsursuz olmasında fayda var.
 
Görüşməyə getdiyiniz yer paltarla əlaqədar qatı qaydalara sahib olmasa belə, formal paltarları seçin.
 
4. Özündən əmin bir görünüş sərgiləmək: Əl sıxışarkən qərarlı görünün, özünüzə güvənin və göz təmasından qaçmayın. Özünə etibarlı bir rəftar sərgiləyin, ancaq əsla qürurlu biri kimi davranmayın.
 
5. Sual ünvanlamaq: Müsahibədə və ya iş görüşməsində, qarşılıqlı təmin əhəmiyyətlidir. Bir iş görüşməsindən razı qalmaq üçün sizin də söhbətdə bəzən sual soruşmanız yaxşı ola bilər.
 
Soruşduğunuz suallar, müraciət etdiyiniz mövqenin və şirkətin sizə nə qədər uyğun gəldiyini də ortaya çıxaracaq.
 
Doğru bir ortaqlıq üçün həm işə götürənin, həm də işləyənin seçici olması lazımdır.
 
6. Unutmamaq: Hər iş üçün çox sayda səriştəli işçi namizəd olacaq, bunu unutmayın. Sizi fərqləndirəcək olan, xarakteriniz, görüşmədəki tutumunuz ola bilər.
 
Görüşməyə çox yaxşı başlayıb, söhbəti çox yaxşı bitirməyə çalışın.
 
İnsanlar görüşmələrin ortalarını çox xatırlamaz, ancaq başlanğıc və son ağılda qalar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN