Fikirlərin paylaşılması qorxusu

0
2597
Fikirlərin paylaşılması qorxusu

Müasir dövrdə fikir mübadiləsi qarşısında müxtəlif maneələr vardır. Bunların ən öndə gələni isə fikirlərinin bəyənilməyəcəyi qorxusudur. Halbuki mütəxəssislərə görə, işçilərin özlərini göstərmələri və şirkətə fayda verə bilmələri üçün düşüncələrini paylaşmaları şərtdir...

Fikirlər paylaşılarkən gözəldir...
Araşdırmalara görə, iş yerində fikirlərini paylaşmaqdan çəkinənlərin sayı gedərək artır. İş yerində edilən yığıncaqlarda bəzi işçilər rahatca danışıb fikirlərini açıq – açıq izah edərkən, bəziləri az qala heç danışmadan səssizcə danışılanları dinləyər. Bu insanların səssiz qalmasının fərqli səbəbləri ola bilər. Birlik içində danışma qorxusu, fikirlərinin bəyənilməmə və rədd edilmə qorxusu, idarəçinin mənimsədiyi bir fikrə qarşı gəlmə qorxusu bu səssizliyin səbəbləri arasında sayıla bilər.
Sara MCCORD, Mashable'da çıxan yazısında bu qorxuların öhdəsindən gəlmənin bir işçinin inkişafı və kariyerası baxımından çox əhəmiyyətli olduğunu ifadə edir. Çünki, bir adamın bir çox namizədin arasından seçilib bir şirkətə qəbul edilməsinin ən əhəmiyyətli səbəbi, o adamın şirkətə digər namizədlərdən daha çox qatqı verəcəyi düşüncəsi olur. İşə girdikdən sonra da müdir nə desə onu təsdiq edənlər deyil, lazım olduğu zaman idarəçiyə qarşı çıxanlar öz fikrini müdafiə etmiş olur.

Fikrim bəyənilməz qorxusu:
İşçilərin danışmaqdan çəkinməsinin əsas səbəblərinin başında fikrinin bəyənilməmə ehtimalı gəlir. Bəlkə qrupdakı ən gənc şəxssiniz və sizə lağ edilməsindən qorxursunuz, bəlkə də ağılınıza gələn fikrin daha əvvəl deyilmiş olmasından çəkinirsiniz. Edilən bir araşdırmaya görə, bu səbəblə iş yerində fikirlərini paylaşmaqdan imtina edib, səssizcə oturmağı seçənlərin sayı getdikcə artır. Mütəxəssislər, bu kimi vəziyyətlərdə işçilərin tələsmədən düşüncələrini nəzərdən keçirmələrini və fikri təkmilləşdirmədən təqdim etməmələrini tövsiyə edirlər. Bu zaman mövzu dəyişsə belə fikri bir yerə qeyd edib, mövzu təkrar açıldığında yenidən gündəmə gətirilə bilər. Digər tərəfdən, başqa kəslərə fürsət verməyib çox – çox danışmaq yerinə, iş yoldaşlarını düşünmək müsbət bir şeydir. Ancaq, bunu düşünərək tamamilə səssiz qalmaq da doğru deyil. Yəni, ikisinin arasında bir yerdə ola bilmək adama müsbət bal qazandırır. Təklif olunan hər fikrin bəyənilməməsi son dərəcə normal bir vəziyyətdir. Ancaq, çalışanlar bunu unutmamalıdır ki, fayda verməyin tək yolu düşüncələrini paylaşmaqdan keçər.
 
Digər işçiləri düşünürlər:
Bəzi işçilər, iş yoldaşlarını itirməkdən qorxur. İdarəçilərin olduğu bir mühitdə davamlı danışmağın və digər iş yoldaşlarına fürsət verməməyin xoş olmayacağını düşünərək özünü tutanlar da olur.
 

ŞƏRH YAZIN