Öz Geyim Tərzinizi Yaratmaq Üçün..

0
3468
Öz Geyim Tərzinizi Yaratmaq Üçün..

Fərqliliyinizdən əmin olun - Birinci və başlıca qaydadan başlayın: fərqliliyinizə inanın. Əgər hər gün güzgü qarşısında gözəl olduğunuzu təkrarlasanız, lazımi stil obrazını əldə etmək üçün əminlik gec-tez nəticə verəcək. Hər halda biz bilirik ki, gözəllik - subyektiv anlayışdır və dəqiq tərifi yoxdur. Gözəllik - hər şeydən öncə ruhun vəziyyətidir. Güzgüdə özünüzə diqqətlə baxın, çatışan və çatışmayan cəhətlərinizə nəzər yetirin. Onları şüurunuzda qeydə alın.

Özünüzə uyğun olan obrazı seçin - Moda jurnallarını vərəqləyin, Hollivud ulduzlarının fotolarını öyrənin. İstisna deyil ki, kimsə xarici görkəminə və ya geyim tərzinə görə sizə bənzəyəcək. Həmin obrazı güzgü qarşısında təkrarlamağa çalışın və özünüzü həmin obrazda görməyə cəhd edin. Bir neçə varianta əl atın, müqayisə də edin, bəyəndiyiniz obraz üzərində dayanın və onunla insanlar arasına çıxmağı sınayın.
 
Özünüzü məlumatlandırın - Mağazaları gəzin və təzə kolleksiyaları diqqətlə nəzərdən keçirin. Modelyerler sizin rahatlığınız üçün çox çalışırlar, buna görə də onların əməklərinə hörmət edin və onların məhsullarını xəyalən üzərinizdə sınaqdan keçirin. Fikrinizdə təxmini obrazı canlandıraraq, bahalı markalar satılmayan mağazalara gedin. Ehtiyat etməyin, axı, siz yalnız öz obrazınızı seçirsiniz, buna görə də böyük məbləğdə pul xərcləmək vacib deyil.
 
Qarderobunuzu nəzərdən keçirin - Paltar şkafınızı açın və qarderobunuzu diqqətlə nəzərdən keçirin. Köhnə olduğunu düşündüyünüz geyimlərinizi cəsarətlə qarderobunuzdan çıxardın. Bunun üçün məyus olmağa dəyməz. Yerdə qalan geyimlərinizdən arzuladığınız obrazı yaratmağa çalışın. Əgər obrazı zehninizdə formalaşdıra bildinizsə, sevinə bilərsiniz. Əks təqdirdə qarderobunuzu yeniləmək  üçün alış-verişə getməli olacaqsınız.
 
Nə alacağınızı dəqiqləşdirin - Paltar alış-verişinə çıxarkən əvvəlcədən nə alacağınıza qərar verin. Çünki planlaşdırılmamış alış-veriş hər şeyi korlaya bilər. Tamamilə bir-birinə zidd olan paltar almaq mənasızdır. Öz qarderobunuzdakı xüsusilə seçilmiş libaslarınızı xatırlayın və gündəlik küçə geyimləri obrazında bir şeylər düşünün. Ən əsası əl gəzdirilməsinə ehtiyac olmayan geyimlər alın. Alış-verişin də əsas qaydası bundan ibarətdir. Tamamilə özünüzü rahat hiss etdiyiniz və sizə yaraşan geyimlərə üstünlük verin.
 
Rənginizin hansı olduğuna qərar verin - Fərqli rəngdə olan əşyalara baxın və rahat olanı seçməyə çalışın. Bu xüsusilə bütün qadınların ənənəvi seçimi olan qara rəngə aid edilmir. Əvvəllər heç seçmədiyiniz, sizin standartdan kənar olan rəngləri təcrübədən keçirin. Yeni bir stil yaratdığınızı görəcəksiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN