Hansı Bədən Dili Hansı Mənanı Ifadə Edir?

0
12978
Hansı Bədən Dili Hansı Mənanı Ifadə Edir?

1. Əgər insanlar səmimi qəlbdən gülümsəmirsə, onların göz yanlarında qırışıqlıqlar yaranmaz.

2. Qaşların yuxarıya qalxmış olması qarşı tərəfin sıxıldığını və gərgin olduğunu göstərir.
 
3. Qarşınızdakı insanın səs tembrinin başa düşüləcək şəkildə düşüb-qalxması, sizdən xoşlandığı anlamına gəlir.
 
4. Əgər qarşınızdakı insan siz danışarkən sizin hərəkətlərinizi təkrarlayırsa, bu sizə diqqətlə qulaq asdığını ifadə edir.
 
5. Qarşılıqlı olaraq baxışmaq, qarşınızdakı insanın sizinlə yaxşı ya da pis bir səbəbdən maraqlandığını göstərir.
 
6. Qarşınızdakı insan sizinlə ünsiyyətdə olarkən çox uzun müddət diqqətlə baxırsa, yüksək ehtimalla yalan danışır.
 
7. İnsanın sərgilədiyi cəsarətli bir duruş, özünü qüvvətli və bacarıqlı hiss etdiyinin göstəricisdir.
 
8. Ayağı ayaq üstünə qoymaq çox vaxt inadkarlığın və güc nümayiş etdirmənin siqnalıdır. 
 
9. Tez-tez dəyişən əl-qol hərəkətləri və üz ifadələri, güclü və yaxşı bir ünsiyyətin göstəricisidir.
 
10. Qarşı tərəf  yanınızda sizinlə birlikdə gülürsə, artıq sizə bələd olmuş və sahiblənmiş deməkdir.
 
11. Möhkəm bir çənə, boyun və qaldırılmış qaşlar, gərginliyin göstəricisidir.
 
12. Söhbət edərkən əlləri geniş bir sahədə hərəkət etdirmək, avtoritar bir görüntü, qarşınızdakı insanın lider ruhlu biri olduğunu göstərir.
 
13. Ayaqların titrəməsi gərginliyi və  narahatlığı ifadə edir.
 
14. Qolların sinədə qovuşdurulması, qoruyucu bir duruşda olduğunuzu və qarşınızdakı insana güvənmədiyinizi göstərir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN