Uğur Qazanmağın Vaxtı Çatıb

0
3948
Uğur Qazanmağın Vaxtı Çatıb

"Necə uğur qazanmaq olar?" sualı üzərində çox araşdırma aparılıb və əldə olunan bütün nəticələrdən ibarət siyahı təşkil olunub: 

1. Unutmayın ki, yüzlər km-lik bir yol da çox kiçik bir addımla başlayır. Addım atmaqdan qorxma. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
 
2. Gördüyün çətinliklərin miqyasına qətiyyən inanma. Görmək inanmaq, inanmaq da aldanmaqdir.
 
3. Özündən başqa heç kəsə 100% güvənmə. Ən azından gətirilən bu sitatı xatırla. "Allah,məni dostlardan qoru, düşmənlərimlə özüm bacararam".(Volter)
 
4. Uğur qazanmağın 2 əsas şərtini özünə deviz seç.
 
5. Öz ağlından faydalan.
 
6. Başqalarının ağılsızlığından faydalan.
 
7. Dünyada qələbə qazana bilmək üçün ağılsız görünməli, ağıllı olmalısan. 
 
8. Həyatda bacarıqlı olmaq; yaxşı bir ələ sahib olmaq deyil, bacarıqsız bir əli ağıllıca oynatmaqdır. Hər gördüyün bacarıqsız ələ yox, onu oynadana diqqət elə.
 
9. Qələbə əldə etmək üçün ya daha yaxşı bir tələ qur, ya da niyə əldə edə bilmədiyinizi görə bilmək üçün daha böyük bir quyu tap.
 
10. Çox pul qazanmaq igidlik, onu saxlamaq müdriklik, məharətlə xərcləmək isə, incəsənətdir. İncəsənətin növünü özünüz seçin.
 
11. Dünya hamıya çatacaq qədər böyükdür. Ən yüksəkdə başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.Onsuz da başqasının yerini tuta bilməyəcəksən. 
 
12. Röyaları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır. Sən hələ də yatirsan? Əmin ol ki, səni sənin uğur qazanmağını istəyən bir adam oyatmayacaq. Özün oyan!
 
13. Hər bildiyini söyləmə, ancaq hər söylədiyini bil. 
 
14. Fikirləş,sənə nə lazımdı onu öyrən. Yoxsa özün-özünü çaşdıracaqsan. Düşünmədən öyrənmək, vaxt itirməkdir.Vaxtı geri qaytarmaq haqqında fikirləşməyin özü də vaxt itirməkdi. Boş zaman yoxdur, boşa keçmiş zaman var.
 
15. Çalışmaq həyat, düşünmək işıqdır. Düşünərək çalışmaq,işıqlı həyatdır.
 
16. Nə istədiyini bilməlisən. O zaman yola çıxa və hara gedəcəyini, hardan irəliləyəcəyini bilə bilərsən. Uğurlar!
 

ŞƏRH YAZIN