Google Şirkətinin Işə Götürmə Müsahibəsində Verdiyi Suallar

0
7617
Google Şirkətinin Işə Götürmə Müsahibəsində Verdiyi Suallar

Google gənclərin ən çox işləmək istədiyi firmaların başındadır. Amma içəri addım atmağın çətinliyini ön sınaqdan seçdiyimiz bir neçə məntiq sualı ilə siz də görə bilərsiniz.

11 milyard dollara yaxın dövriyyə. Heç bir istifadəçisindən heç bir xidməti üçün pul istəməyən Google, internet dünyasının ən çox qazanan əməliyyatı olma xüsusiyyətini illərdir qoruyur.
 
Bu uğurunun arxasında Stanford Universitetində oxuyarkən yaratdıqları axtarma alqoritmini uğurla saytlarında tətbiq edən Sergey Brin və Larri Page dühası dayanır. Bu iki mühəndisə dirijorluq məktəbi edən sədr Erik Şmidt də yaradıcı qüdrəti ilə tanınır. Komandanın kadr prinsipləri ilk gündən bu yana dəyişmiş deyil: Yalnız ən yaxşılarla çalışmaq.
 
Firma işə qəbul öncəsi apardığı çətin görüşlərilə məşhurdur. İşə götürmək üçün müsahibələrdə bir nəfərin belə haqqınızda mənfi rəy verməməsi lazımdır. Başda ABŞ olmaq üzrə bir çox ölkədə araşdırmalarda gənclərin ilk işləmək istədiyi şirkət olaraq çıxan Google şirkətinin müsahibə öncəsi testləri də kifayət qədər çətindir.
 
Məhz sizin üçün seçdiyimiz bir neçə nümunə:
 
1. Bir avtobusa neçə qolf topu sığar?
 
2. Bazanın nə mənaya gəldiyini səkkiz yaşlı əmioğlunuz başa düşəcəyi bir şəkildə açıqlayın.
 
3. Saatın əqrəbi və dəqiqə göstərəni gündə neçə dəfə üst-üstə gəlir?
 
4. Şkafında o qədər çox qolsuz köynək var ki seçməkdə çətinlik çəkirsən. Daha asan seçim etmək üçün nə edərsən?
 
5. Bir kənddə hər 100 evli cütlüyün birində ər, arvadı aldadır. Hər bir qadın öz ərindən başqa hansı kişinin aldatdığını bilir. Kənddə zinaya qadağa qoyulur və qadına ərinin aldatdığını sübut etdiyi anda öldürmə səlahiyyəti verilir. Heç bir qadın bu qaydaya qarşı qoymur. Bir gün kraliça kəndi ziyarət edir və ən azından bir kişinin zina etdiyini deyir. Nə olar?
 
6. Oğlan uşaq istənilən bir kənddə ailələr oğlan uşaq doğana qədər doğurmaqda davam edir. Oğlan doğsa da, artıq uşaq istəmir. Bu kənddə qızların kişilərə nisbəti nə olar?
 
7. Bir yolda 30 dəqiqə içində bir vasitəyə rast gəlmə nisbəti 0,95 faiz isə 10-cu dəqiqədə rast gəlmə nisbəti nədir?
 
8. Saat 03:15. Əqrəb və dəqiqə göstərənin bucağı neçədir? (Sıfır deyil)!
 
9. Dörd nəfər gecə qaranlığında bir kəndir körpüdən keçmək məcburiyyətində qalır. Ancaq sadəcə bir əl fənərləri var və içindəki batareya 17 dəqiqə çatacaq. Körpü eyni anda iki nəfərdən artıq yük qaldıracaq qədər möhkəm deyil və əl fənəri olmadan keçmək üçün çox təhlükəlidir. Hər bir düşərgədə yaşayanın keçid sürəti də fərqlidir. Biri 1 dəqiqədə, digəri 2 dəqiqədə, digəri 5 və ən zəifi 10 dəqiqədə keçər. Necə olur?
 
10. Bir partidə sən və yoldaşınla birlikdə 10 adam var. Yoldaşın səninlə eyni gündə doğulmuş hər bir şəxs üçün 1 dollar vermək üçün bəhsə girir. Amma tapacağı üçün də 2 dollar alacağını deyir. Bu bəhsə girə bilərdin?
 
11. Dünyada neçə fortepiano akortçusu var?
 
12. Eyni boyda səkkiz topun var. Hamısı eyni çəkidə, yalnız bir dənəsi bir az daha ağırdır. Bir tərəzidə sadəcə iki dəfə dartaraq hansı topun daha ağır olduğunu necə taparsan?
 
13. 5-dən 1-ə doğru azalan rütbələrlə beş quldurun var. Ən rütbəli pirat cəmi 100 qızılın necə bölüşəcəyinə qərar vermə hüququna malikdir. Ancaq digərləri də onun qərarına səs verir və yarısından az səs alsa öldürülür. Öz payını ən çox saxlayıb həyatda qalması üçün necə bir bölgü etməlidir?
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN