Gözəl münasibət istəyirsinizsə, bu qaydalara əməl edin

0
5229
Gözəl münasibət istəyirsinizsə, bu qaydalara əməl edin

Düzgün insanı tapmaq və arzuladığınız sevgini yaşamaq  istəyirsinizsə, o zaman bu qaydalara əməl edin:

1. Özünüz olun
Bəzən ürəyimizə yatan,xoşlandığımız biri ilə tanış olmaq istədiyimizdə özümüzü başqa biri kimi göstərməyə çalışırıq. Ancaq bu bir yerə qədər davam edə bilər.Bir müddət sonra bu sizi yoracaqdır. Həqiqi xarakter və davranışlarınız üzə çıxdığında qarşınızdakı insan təəssüf hissi keçirdəcək və münasibəti sonlandırmaq istəyəcəkdir. Onu itirməmək üçün başqa biri kimi davranmaqdansa, olduğunuz kimi davranın. Bəlkə bu simanızla sizi daha çox bəyənəcəkdir.Həmçinin unutmayın ki, belə olduqda, öz mənliyinizdən də uzaqlaşmış olmuyacaqsınız.
 
2. Yeni bir münasibətə sağlam şəkildə başlayın
Əgər son yaşadığınız münasibət pis şəkildə bitibsə və depressiyaya düşübsünüzsə, yeni bir sevgiyə başlamaq mənasızdır. Belə edərək həm qarşınızdakı insana, həm də özünüzə haqsızlıq etmiş olarsınız.Yaralarınız tam sağalsın,ondan sonra yeni bir eşqə başlayın. 
 
3. Yalnız qalma qorxusundan uzaq olun
Bir çox qadın sırf yalnız qalma qorxusundan xilas olmaq üçün kişilərlə ünsiyyət qurur. Halbuki, yalnızlıqla razılaşıb və sizə lazım olan insan qarşınıza çıxana kimi tək qalmaq daha faydalıdır. Lazımsız təcrübələrlə ancaq həyatınızı korlaya və özünüzə olan hörməti azalda bilərsiniz. Bir sevgi bədbəxt edirsə, ona son verib tək qalmaq daha yaxşıdır. 
 
4. Düzgün insanı tapmaq 
Araşdırmalara görə, qadınların çoxu ilk dəfə görüşdüyü kişinin ona lazım olan adam olub-olmadığını hiss edir. Ancaq istisnalar da mövcuddur. Bəzən isə bizə lazım olan insan olub-olmadığını ancaq toy günü başa düşürük. Yazar kitabında qeyd edir ki, araşdırmada iştirak edən boşananların çoxu toy günü şübhə içində olub. 
 
5. Yumor hissi olan insanı seçin. 
Müəyyən edilib ki, qadınlar ən çox yumor hissi olan yəni özlərini gülüşə boğan kişilərlə münasibət qurmaq istəyir və sonda da xoşbəxtliyinə qovuşur.
 
6. Səhvlərinizdən nəticə çıxardın.
Mütəmadi olaraq öz xasiyyətinizlə uyuşmayan biri ilə münasibət qurursunuzsa, demək ki nəyisə səhv edirsiniz.Buna görə də kiminlə münasibət qurduğunuzu iki dəfə fikirləşin. Belə olmadıqda hər zaman sevgi münasibətləriniz uğursuz olacaqdır. 
 
7. Onu olduğu kimi qəbul edin 
Onu dəyişdirməyə çalışmayın.Olduğu kimi doğruları, səhvləri ilə birlikdə qəbul edin. Ya da   münasibətiniz rəsmiləşməmiş ayrılın. İnsanları xarakterlərinə görə günahlandırmaq düzgün deyil. 
 
8. Sizə xüsusi diqqət göstərirmi? 
Sevgilinizin sizə necə davranması vacibdir. Əgər sizə heç bir qayğı və diqqət göstərmirsə,özəl olduğunuz hiss etdirmirsə elə ayrılmağınız məsləhətlidir.
 
9. Hisslərinizin fərqinə varın.
Onun sevgisinə şüphəniz yoxdur, onunla birlikdə olanda gözəl zaman keçirdirsiz, xarakterləriniz uyumludu və ya bir çox şey. Ancaq  nə qədər cəhd etsənizdə, ona qarşı qəlbinizdə heç bir hiss olmadığını görürsünüz... Belə olduqda ən yaxşı çıxış yolu münasibətlərə son qoymaqdır. 
 
10.  Uyumluluq
 Onun sizin axtardığınız bir insan olduğunu düşünürsünüzsə, hər şey qaydasındadır. Bəs, onun gələcək planları haqqında nə bilirsiniz? Gələcəkdə sürprizlər yaşamaq istəmirsinizsə, hər şeyi xırdalıqlarına qədər müzakirə etməkdə fayda var.
 

ŞƏRH YAZIN