Bu hekayə sizə çox şey öyrədəcək

0
9660
Bu hekayə sizə çox şey öyrədəcək

Xuan və Cinq universiteti bitirəndən sonra bir topdan satış şirkətində çalışırdılar,onların hər ikisi də  iş üçün əlindən gələni edirdilər.Bir neçə il sonra müdir Cinqi satış meneceri vəzifəsinə təyin etdi,ancaq Xuan satış təmsilşisi vəzifəsində qaldı.Bu Xuana pis təsir etdi.Bir gün müdirə çox səylə çalışmağına baxmayaraq,ancaq ona yaltaqlananların vəzifəsini qaldırdığını dedi və istefa istədi.
 
Müdir bilirdi ki,Xuan keçən bu illər ərzində çox səylə çalışıb,ancaq o, Xuana onunla dostu arasında olan fərqi göstərmək istəyirdi.O,Xuandan bir şey etməyini istədi.Gedib marketdə qarpız satan kimisə tapa bilərsən?Xuan qayıtdı və bəli dedi.Müdir- ona get soruş gör qarpızın 1 kq neçəyədir?Xuan marketə getdi və qayıdıb dedi:1 kq 12$ dedi.
 
Müdir Xuana gəl eyni sualı Cinqə də verək dedi.Cinq getdi və qayıdıb dedi:”Müdir,yalnız bir nəfər qarpız satan var.1 Kq 12$-dır.10 kq üçün 100$-dır.Onun 340 sayda qarpızı da var.Piştaxtanın üstündə 58 qarpız var və hər biri təxminən 15 kq-dır.Onları iki gün əvvəl cənub tərəfdən gətirib,hamısı təzə,qırmızı və yaxşı vəziyyətdədirlər.
 
Bu Xuana çox təsir etdi və o özü ilə dostu arasındakı fərqi başa düşdü.O,işdən çıxmamağı və qalıb dostundan çox şey öyrənməyi qərara aldı.
 
Unutmayın, həyatda daha çox uğur qazanan insan daha çox təcrübə aparan,daha çox fikirləşən və hər şeyi dərindən dərk edən insandır.Həmçinin daha çox uğurlu insan biz yalnız sabahı görərkən onun ən başından növbəti illəri görməsidir.
 
Bu hekayə inanırıq ki sizə  həqiqətən də çox şey öyrədəcək və həyatınıza bir şeylər qatacaq.

ŞƏRH YAZIN