Xırda Şeylərə Görə Əsəbləşməməyi Öyrənməliyik

0
2772
Xırda Şeylərə Görə Əsəbləşməməyi Öyrənməliyik

Qəzəb hissinin əsası anadangəlmədir, öyrənilməmişdir. Ancaq hirslənəndə nə edəcəyimizi, istənilən ifadəni işlədə bilərikmi, döyüşə bilərikmi model aldığımız şəxslərdən öyrənirik. Necə ki hirslənməyi ətrafımızdan öyrənirik, hirslənməməyi də, ən azından içimizdə əsəb oyananda bu qəzəbi dağıdıcı olmayan şəkildə ifadə etməyi də öyrənə bilərik. Xüsusilə kiçik şeylərə hirslənməməyi, kiçik şeylər qarşısında böyük əsəblər nümayiş etdirməməyi öyrənməliyik. Yumora müraciət edərək, həyata fərqli bucaqlardan baxma qabiliyyətimizi inkişaf etdirərək, bunu reallaşdırmaq mümkündür. Şübhəsiz ki, dilimizə diqqət göstərməliyik, orfoqrafik səhvlərimizi düzəltməliyik. Ancaq bir imla səhvini düzəldərkən qarşımızdakını da pis vəziyyətə salmamalıyıq. Yəni bəzən  sözləri qarışdıra, səhv deyə bilərik, ancaq bu səhv edəni sərt şəkildə tənqid edib pərt etmək, məncə, daha böyük bir səhvdir.

Bəzi foto ustası da "foto çəkdirdim" yerinə "şəkil çəkdirdim" deyənə əsəbləşər, tənqid edər. Bəli, şəkil çəkdirilməz, foto isə çəkdirilər. Ancaq bunları qarışdırmaq da məncə, kiçik bir xətadır, biraz çox böyütmək ayrı bir xəta sayıla bilər. (Üstəlik, artıq rəqəmsal mühitdə çəkilən fotoları fotoqraflar kompüterə yükləyib dəyişikliklər aparırlar ki, sanki rəsm edər kimi yenidən edirlər). Keçmişdə bir ifadə var idi: "Bəsrə abad etdi, amma Bağdadı xarab edib" deyərmiş (ya da bunun əksi). Əgər səhv xatırlayıramsa bu da kiçik bir şeydir. Məhz qarşı tərəfinbir dil xətasını düzəldərkən qəlbini sındırsaq, Bağdad-Bəsrə sözündəki kimi davranmış olarıq. Səhvi düzəldirik, amma səhv sahibini pərt vəziyyətinə salmış oluruq. Bu üzdən dili münasib danışmaqda fayda var.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN