Xoşbəxtlik sirrinin pul yox, köməkdə olması

0
5106
 Xoşbəxtlik sirrinin pul yox, köməkdə olması

Çinlilərin belə bir ifadəsi var: “Əgər 1 saatlıq xoşbəxtlik istəyirsənsə,  kiçik bir mürgü sənə kömək edəcək. Əgər 1 günlük xoşbəxtlik istəyirsənsə, balıq tutmağa gedə bilərsən. 1 illik xoşbəxtlik istəyirsənsə, səni qane edəcək qədər pul qazan. Yox, bir ömürlük xoşbəxtlikdirsə məqsədin, onda başqalarına kömək et”. Əsrlər boyu, ən böyük mütəfəkkirlər də çinlilərlə həmfikirdir : Xoşbəxtlik başqalarına kömək edərək tapılır.

•Qazandıqlarınızı tapmaq istəyirsinizsə, verdiklərinizə nəzər salın – Assisidən müqəddəs Fransis
•Həyatın mənası insanlığa xidmətdə gizlidir – Lev Tolstoy
•Biz yaşamımızı qazandıqlarımızla qururuq, həyatı isə verdiklərimiz sayəsində yaşayırıq – Vinston Çörçil
•Pul qazanmaq xoşbəxtlikdir, kiməsə kömək etmək superxoşbəxtlikdir – Nobel Sülh mükafatçısı Məhəmməd Yunus
•Kömək etdiyin insanlar üçün verdiklərin həm də sənin üçün yaxşıdır. Çünki “vermək” özü sənə məqsəd bəxş edir. Məqsədin olanda isə daha rahat həyatın olur və sən xoşbəxt insana çevrilirsən – Qoldi Hovn
 
Beləliklə, Biz verməyin əldə etməkdən daha qazanclı olduğunu öyrənirik. Ad günü tortunun ilk parçasını ən yaxınınla paylaşmaq kimi beynimizə yeridilən bəzi qədim aforizm və fikirlərin arxasında əslində həqiqət varmı? 
 
Cavab:bəli. Belə ki, elmi araşdırmalar nəticəsində əldə edilən faktlar kömək etməyin uzunmüddətli xoşbəxtliyə aparan ən yaxşı yol olduğunu göstərir. fMRI texnologiyasının verdiyi imkanla müəyyən olunub ki, beynin qida və cinsi əlaqə ilə bağlı hissəsində olan sinirləri aktivləşdirən məfhumların siyahısına paylaşmaq, köməkləşmək, xeyirxahlığı əlavə etmək olar. Bu hissə aktivləşdikdə isə insana xoş təsir edən hisslər yaranır. Kömək etmək təkcə xoşbəxtliyin açarı deyil, bu sayədə daha sağlam, məhsuldar və mənalı həyat qazanmaq mümkündür. 
 
Lakin bunu bilmək lazımdır ki, paylaşmaq hər zaman yaxşı hiss verməyə bilər. Bəzən bunun tam əksi də baş verə bilir. Yəni bəzən özünüzü tükənmiş və istifadə olunmuş hiss edə bilərsiniz. Ona görə də incinənə qədər yox, mükəmməl hiss edənə qədər kömək etməniz üçün məsləhətlər :
 
1.Marağınızı tapın
Paylaşmaqda əsas önəm verməli olduğumuz hissə nə qədər verəcəyimiz yox, verəcəyimizlə birlikdə nə qədər sevgi paylaşmamızdır. Bunun üçün də, etdiyimiz köməklik nə olursa olsun, içində marağımız olmalıdır. Beləliklə, təkcə qarşı tərəfin marağını yox, özümüzü də razı salmış oluruq.
 
2.Zaman ayırın
Birinə pul vermənizdən daha çox zamanınızdan bir parça ayırmanız onu daha xoşbəxt edər. Belə ki, hər birimizin eyni miqdarda pulu yoxdur, lakin hər birimizin əlində zaman deyilən məfhum vardır. Biz yardım edərkən bu məfhumdan istifadə edə bilərik. Bu həm də o deməkdir ki, insanlığa xidmət etməkçün ömrümüzü paylaşırıq. Bu gündə bir neçə saat və ya ildə bir neçə gün də ola bilər. 
 
3.Şəffaf məqsədləri və nəticələri göz qabağında olan qurum və təşkilatlara bağışlayın
Harvard alimi Michael Nortona görə, pulunuzun nə üçün istifadə olunacağını bildiyiniz bir yerə yardım göstərmək daha çox xoşbəxtlik bəxş edir, nəinki bu pulu bir şəmsiyə üçün verməniz. Çünki o pulun haraya getdiyini bilmirsiniz.
 
4.Yardım zamanı sizə dəstək ola bilən maraq və bacarıqlarınızı kəşf edin
“Give and Take”-in müəllifi Adam Grant deyir: “ Özünü qoruma instinkti olmadan təmənnasız yaxşılıq etmək bəzən dağıdıcı təsirə sahib ola bilir”. Əldə etdiyinizdən daha çoxunu paylaşmanız vacib nüanslardandır, lakin yenə də öz qazancınızı nəzərə almalısınız.
 
5.Xeyirxahlıq etmək üçün heç kimin diktəsi sizi yormamalıdır
Demək olar, hər birimizdə nə vaxtsa pul bağışlanması rica edilərkən yaşanılan kiçik qorxu hissi yaranıb. Bu zaman edilən yardım əliaçıqlıq və narahatlıqdan daha çox cəmiyyət arasında ola biləcək biabırçılıqdan qaçmaq üçün edilən yardımdır. Bu cür yardımlar sizin qəlbinizdə, çox güman ki, sərinlik yox, sadəcə məcburiyyət hissi yaradacaq. Bunun yerinə, belə vəziyyətdə qarşınızdaki variantları dəyərləndirin və sizə uyğun olanını seçin. 
 
6. Heçkimi günahlandırmayın
Savab qazanmaq səbəbi ilə heç kimi xeyirxahlıq etməyə məcbur edərək onları bu işdən soyutmayın. Çünki bu, bizi hər zaman yaxşı hiss etdirməyə bilər. Etdiyimiz hər yaxşılığı təmənnalı olaraq etsəydik, dünya necə də dəhşətli bir yerə çevriləcəyini düşünün. Hələ də bağışlamaq üçün özümüzü məcbur hiss ediriksə, zamanla xeyirxahlıqdakı qətiyyətimizi itirəcəyik.
Əsas məsələ özümüzə uyğun olan yolu tapmaqdır. Bunu etsək, daha çox xeyirxahlıq işinə qoşularıq və beləliklə də, daha çox məqsəd, məna və ən əsası, hər kəsin axtardığı lakin tapılması çox çətin olan xoşbəxtliyi taparıq.  
 
 
Tərcümə etdi: Jalə Mirzəyeva

ŞƏRH YAZIN