30 dəqiqə ilə möhtəşəm nəticə!

0
6481
30 dəqiqə ilə möhtəşəm nəticə!

Uğurlu və uğursuz insanları müşahidə etməyə çalışın. Nə üçün bəzi insanlar uğur qazana bilir, bəziləri isə, hər dəfə uğursuzluqla üzləşir. Buna səbəb nədir?

Səbirsizlik – Uğursuzluğun ən böyük səbəbidir. Bütün arzuların dərhal gerçəkləşməsi, nəticənin tez bir zamanda əldə edilməsi istəyi əksər uğursuzluqların təməlində durur. Uğur zaman tələb edir - Reallıq budur.  Möhtəşəm uğurlar isə daha çox zaman tələb edir. Nə Riçard Branson bir gecədə milyonçu olmadı, nə də Madonna bir səhər pop musiqisinin kraliçası kimi ayılmadı. Necə ki, Devid Bekham da bir neçə məşqə super futbolçu olmadı. Qazanılmış uğur davamlı və məqsədyönlü çalışmaların nəticəsidir.
 
Buna baxmayaraq, istənilən vəziyyətdə hər kəs üçün çalışan bir vasitə, bir yol vardır. İnsanların çoxu bu haqda bilir, lakin heç bir zaman istifadə etmirlər. Nə üçün? Elə düşünürsüz ki, bir sabah açılacaq və bütün dünya ayaqlarınız altına səriləcək. Elə deyilmi?!  Lakin belə düşünənlər bir şeyi unudur, əzmlə nəsə bir şeyə nail olmaq üçün çalışmayanlara dünya çox nadir hallarda nəyisə bəxş edir. 
Sizi, uğura aparacaq sadə bir vasitəni təqdim edirik, bunu sınayın. Bu vasitə “yarım saat nəzəriyyəsi” adlanır. Onun əsas üstünlüyü budur ki, hərkəsə tamamilə uyğun oması və asanlıqla istənilən qrafikə uyğunlaşa bilməsidir. Nəzəriyyənin ümumi mahiyyəti: hər gün yarım saat ərzində kiçik bir fəaliyyətlə məşğul olun və daha sonra isə onu təkmilləşdirmək məqsədilə prosesi davam edin.
 
Çox sadə göründü, elə deyilmi? Əslində hər gün bu qaydaya əməl etmək çətin olacaq, amma qarşılığında qazandıqlarınıza heyran qalacaqsınız. Bu vasitənin praktik olaraq belə tətbiqi edə bilərik. Məsələn, tutaq ki, siz hər gün yarım saatınızı kitab oxumağa sərf edirsiniz. Bu yolla siz bir il ərzində təqribən 24 kitab oxumuş olarsınız və  bu əksər insanların 10 ilə oxuduğundan daha çoxdur!
 
Siz gün ərzində yarım saatı xarici dil öyrənməyə yaxud digər faydalı biliklər əldə etməyə sərf edə bilərsiniz. Sizə maraqlı olan müəyyən sahə ilə bağlı biliklərə yiyələnin, ilkin təcrübə əldə edin. Hər gün yarımca saatınızı həyatınızın arzusunu gerçəkləşdirməyə yönələndirin. Əvvəllər vaxt çatışmazlığından şikayətlənərək sonraya saxladığınız işlə məşğul olun. “Yarım saat nəzəriyyəsi”nə əməl etdikdən bir müddət sonra, məsələn, yarım il sonra, geriyə baxın və xatırlayın, siz nədən başlamışdınız?! Gün ərzində sərf etdiyiniz cəmi 30 dəqiqə sayəsində məqsədlərinizə çatmaq üçün getdiyiniz bu yolda nə qədər irəliləməyiniz sizi heyran qoyacaq. Unutmayın ki, siz artıq digər insanlardan bir addım öndəsiniz. Artıq siz digərlərindən qat - qat artıq bir şeylər edirsiniz. Sadəcə Səbrli olun! Anında nəticələr gözləməyin! Hərşey zamanla olur, sizin məqsədləriniz nə qədər möhtəşəmdirsə ona gedən yol da bir o qədər çox addım tələb edəcək!!!
 

ŞƏRH YAZIN