Sevdiyiniz Şokolada Görə Xarakter Təhlili

0
17655
Sevdiyiniz Şokolada Görə Xarakter Təhlili

Təəccübləndiyinizi bilirik, amma həqiqətən də belə bir şey var. Əslində bunun keçmişi şokoladın ortaya çıxmasına qədər dayanır. Keçmiş yunan mədəniyyətindən Leonidas Kestekides ilk olaraq 1912-ci ildə Belçikaya gedərkən yanıında hədiyyə olaraq götürmüşdür. Bu hədiyyə alıb-verməyin dönüş nöqtəsi oldu,  bundan sonra hər kəs şokoladı hədiyyə vasitəsi kimi görməyə başladı. İndisə qayıdaq öz mövzumuza. Şokolodla xarakter analizi necə edilirmiş bir baxaq. Şokoladın şəkli (kvadrat, yumru, üçbucaq), növü (ağ, südlü, bitter) və qablaşdırmanın atılma tərzindən (qırışdıraraq, ya da qatlayaraq) xarakter təhlili edirlərmiş. Məsələn:

Yumru şokolad sevənlər, dost canlısı və insanların daha çox olduğu mühitləri sevən, başqalarını incitməkdən qorxan, hər yerdə sülh şəraitini təmin etməyə çalışan insanlar olduğunu qeyd edirlər.
 
Kvadrat şokolad sevənlər: öz doğruları vardır. Münasibətlərində köhnə fikirli yanaşmalara sahibdirlər. Çox güclü yaddaşları vardır.
 
Üçbucaq şokolad (digər adı tobleron) sevənlər: digər insanların düşüncələrinə məhəl qoymayan və özünə güvənən insanlar.
 
Südlü şokolad sevənlər: saf və keçmişdə yaşayanlar, səssiz, lakin güclü müşahidə qabiliyyətinə malik olanlardır.
 
Ağ şokolad sevənlər: ədalətli, özünü dünyanın mərkəzində düşünən, qərarlarında tez dəyişiklik edən insanlar.
 
Bitter şokolad sevənlər: gələcəyə inamla baxa bilən, sosial və müəyyən işlərdə axtarılan insanlardır.
 
Şokolad kağızının atılma tərzindən aparılan analiz də belədir:
 
Şokolad kağızını büzüşdürərək atırsınızsa, ağlınızın qarışıq olduğuna, ancaq bu vəziyyətdən xilas olmaq istədiyiniz mənasına gəlir.
 
Şokolad kağızını qatlayıb atırsınızsa, bu da sıxıcı bir insan olduğunuzu və sıradan bir həyatınızın olduğunu göstərirmiş.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN