Yaradıcı Təxəyyülümüz

0
2443
Yaradıcı Təxəyyülümüz

Diqqətimizi topluyaraq, istədiyimiz şeyi əldə edər, olmaq istədiyimiz kimi olarıq. Sadəcə, etməmiz lazım olan bu qanunu bilmək və böyük bir həvəslə istifadə etməyi bacara bilməkdir. Yaradıcı təxəyyülümüz, həmişə bizdən öndədir.

Xəyal etdiyiniz nə olursa olsun, ona çatmaq istəyirsinizsə inanmalısınız! İnam, bizim içimizdəkiləri həyata köçürür. İnsan diqqətini cəmləşdirərək yaşamağa cəhd göstərər.
 
Bəs yaradıcı təxəyyülümüzdən necə istifadə etməliyik?Bir şeyi arzuluyarkən, məqsədimizə çatacağımızı bilir və ona istiqamətlənirik. Əgər, yaradıcı təxəyyüldən israrlı bir şəkildə istifadə edilsə, düşüncənin olduğu hər yerdə  uğur olar. İnsan nə düşünürsə odur , başqa cür ola bilməz! Hal-hazırda olan düşüncə tərzimiz, sabahlarımızı hazırlayır. Özümüzü aciz kimi təsəvvür etməməliyik. Əmin olun ki, özümüz haqda inanclarımız həyatımızın mərkəzini təyin edir. Xəyallarınıza icazə verin ki, daha yuxarıları gəzsin.
 
Özünüzü bir möcüzə kimi hiss edin! Təsəvvür edin ki, etdiklərinizi yüksək bir şəkildə reallaşdırırsız və qarşılığında gözəl nəticələr görürsünüz, ehtiyac duyduğunuz hər nə varsa, sizə gəlir və bütün xəyallarınız möcüzəvi şəkildə həyata keçir!
 

ŞƏRH YAZIN