Kino Tarixinin Ən Yaxşı 16 Satış Filmi

0
8092
Kino Tarixinin Ən Yaxşı 16 Satış Filmi

Hal-hazırki dövrdə, şirkətlərlər davamlı olaraq ən yaxşı satış mütəxəssislərini işə götürür. Biz də bunları nəzərə alaraq, sizlər üçün ən yaxşı 16 satış filminin siyahısını hazırladıq.
 
1940-cı illərdə əlində bir çamadan ilə məhsulunu daşıyan satıcıdan tutmuş, müasir bir birja təşkilatında səhm satışı edən bir professionala qədər Hollivud, filmlərində satış sənətini həmişə romantik səhnələrə cevirdi.
Bu siyahıda komediya, drama və s. axdardığınız tərzdə ən az bir neçə film tapıb zövqlə izləyə bilərsiniz.
Filmlərdə satıcıların yaşadığı ağır stress, əzm və çalışqanlığın gətirdiyi müvəffəqiyyət və s. kimi, bir çox amillərə toxunulub.
 
Professional satış mütəxəssislərinə bu filmlərin hamısını izləməyi məsləhət görürük.
 
Kino tarixinin ən yaxşı 16 satış filmi:
 
1. "Böyük Kahuna" – 1999 (The Big Kahuna)
Karlar (Kevin Spacey) və Fil (Danny DeVito) iki təcrübəli satıcıdır. Onların yanında yeni təcrübəsiz satıcı Bob (Peter Fancinelli) işə başlayır. Təmsil etdikləri şirkət yox olmamaq  üçün mübarizə verən bir sənaye şirkətidir. Bu üç nəfəri bir konqresdə, şirkəti maliyyə çətinliklərindən xilas edə biləcək Böyük Kahuna ilə satış görüşü gözləyir. Filmdə Fil xarakteri, həyatın eniş və yoxuşları barədə satıcı Boba həyat dərsi verməkdədir.
 
2. "Dərman Satıcısı" - 2013 (The Medicine Seller)
Bruno 40 yaşında bir dərman şırkətində çalışan kişidir. Onun çox sərt xasiyyətli müdiri Brunonu və onun iş yoldaşlarını təzyiq altında saxlamaqdadır. Bir yığıncaqdan sonra, işçilərdən biri özünü alçaldılmış hiss edərək intihar edir. Bir tərəfdən də Brunonun həyat yoldaşı kontraseptiv həblərini qəbul etməyi dayandırır. Ancaq  hələ uşaq atası olmağı istəməyən Bruno, şirkətin kontraseptiv həblərindən yoldaşına verir və bunların kontraseptiv dərman olduğunu söyləmir. Bir müddət sonra onun həyat yoldaşı xəstəliyə düçar olur. Filmdə xəstəxanalar həkimlər arasında satış əlaqələrindən və satıcıların üzərindəki təzyiqdən bəhs edilir.
 
3. "Glengarry Glen Ross - Amerikalılar" - 1992 (Glengarry Glen Ross)
Məşhur ssenari müəllifi David Mametın bir əsərinin motivləri əsasında hazırlanmışdır. Filmdə hər şey iki  gün ərzində baş verir. Çikaqoda bir əmlak ofisində çətin günlər yaşanır. Bir qrup əmlak satıcısı işlədikləri şirkət tərəfindən bir yarışa cəlb olunurlar və onlara yaxşı satışlar etmədikləri təqdirdə işdən çıxarılacaqları bildirilir. İçlərindən bəziləri hətta işlədikləri müəssisədən oğurluq etmək qərarına gəlir. Bu film bir qrup əmlak satıcısının başlarına gələn xoşagəlməz hallardan və apardıqları mübarizədən danışır.
Bu filmi izləyən bir əmlak satıcısı film haqda bunları söyləyib: " Mən bu filmi tam mənasıyla yaşayıram. Şirkətimizdəki bəzi işçilər pulları asanlıqla qazanarkən, digərləri çox az qazanaraq mübarizə aparır. Filmdə söylənənlər doğrudur: “Zəif olan potensialımız deyil, zəif olan bəzi hallarda bizik”. Hər şey özünə inamla əlaqəlidir. Özlərinə və sənə güvənən insanlar ilə işləyirsinizsə, çoxlu pul qazanıb işinizdən zövq alacaqsınız ".
 
4. "Wall Street" - 1987 (Wall Street)
Filmdə zəngin bir təşkilatda işləyən Gordon (Maykl Duqlas) ilə birlikdə iş görməyə çalışan gənc birja sahibi Budun (Charlie Sheen) hekayəsindən bəhis edilir. 1980-ci illərin iş dünyasının arxa üzündən bəhis edilən bu filmdə gənc broker Bud, Wall Street əfsanəsi Gordon tərəfindən aldadılaraq qeyri-qanuni və bol qazanclı bir dünyaya addım atır. Ancaq qısa müddət ərzində bu qeyri-qanuni zənginliyin bir əvəzinin olduğunu aşkar edəcəkdir. Rejissor Oliver Stoun bu filmi Böyük iqtisadi böhran zamanı broker olan atası Lou Stouna həsir edib. Bu filmlə Maykl Duqlas, Ən Yaxşı Aktyor Mükafatını qazanmışdır.
 
5. "Qazanxana" - 2000 (Boiler Room)
Seth Davis (Covani Ribizi) balaca qumarxananın sahibidır. O, qayda tanımayan bir birja şirkətində işləmək üçün təklif alır. Seth, gördüyü yeni iş ilə çox pul qazanmağa başlayır. Lakin nail olduğu bu müvəffəqiyyətin ardından gördüyü işin təhlükəli və qaranliq tərəflərinin olduğunu görür və bunlarla üzləşmək məcburiyyətində qalır. Xüsusilə birja və satışdan anlayanların marağını çəkən bu film, bir çox məşhur aktyordan ibarət bir heyətə sahibdir.
 
6. "Almaz Adamlar" - 2000 (Diamond Men)
İşinin ustadı satıcı Edi Miller (Robert Forster) həyatını Pensilvaniyanın yollarında kiçik dükanlara almaz və ləl-cəvahirat sataraq keçirir. O, infakt keçirtdikdən sonra işlədiyi şirkət özünü sığortalamaq üçün Edini satış təcrübəsi olmayan kobud bir gənclə tanış edir və ona işləri öyrətməsini söyləyir. Bobi Volkr (Doni Valberq) adındakı bu cavan oğlan fərqliliklərinə baxmayaraq, Eddie ilə yoldaş olur və o, Edini xarici görünüşü kobud, amma gözəl qəlbli bir xanım olan Tinayla (Jasmin Qay) tanış edir. 
 
7. " Wall Street qəhrəmanı " - 2013 (The Wolf of Wall Street)
1987-ci ildə, Cordan Bilfort (Leonardo Dikaprio) bir Uoll Strit təşkilatında işə girir. 1990-cı illərin əvvəllərində, 20 yaşında Belfort öz şirkəti Stratton Oakmontu qurur. Leytenant  (Cona Hill) və  bir broker qrupuyla birlikdə, zəngin investorları aldadaraq böyük bir sərvət qazanır. Ancaq, Belfort və yaxın yoldaşları seks, narkotik və əyləncəyə  başları qarışıqkən, MKİ və FTBnın, onun imperiyasına yaxınlaşdığını görmürdü.
 
8. "Pul topu" - 2011 (Moneyball)
Beysbolun ənənəvi populyarlığında azalma olan vaxtlar, məhdud bir büdcə ilə Billy Beane (Brad Pitt), komandasını yenidən yaratmağa çalışır. Ivy League məzunu Peter Brand (Jonah Hill) ilə güclərini birləşdirən Bean, köhnə ənənələrə meydan oxuyur. Başqalarının qusurlu olaraq gördüyü, ancak potensiallarının yüksək olduğuna inandığı uşaqları komandaya götürür. Film Michael Lewisin eyni adlı kitabının motivləri əsasında hazırlanmışdır.
 
9. "Qurucu" - 2016 (The Founder)
Filmdə 1950-ci illərdə Cənubi Kaliforniyada burger restoranı işlədən Rey Krokun (Illinois) güclü bir satış firması olan Maykl Kiton Mək (Con Kəroll Lınch) və Dik Maqdonaldsla (Nik Avermen) arasındaki mübarizədən apardığınıdan bəhs edilir. Krok, Maq qardaşların sürətli yemək hazırlama sistemindən təsirlənərək bu işə başlamaq qərarına gəlir. O, çox keçmədən şirkəti qardaşlardan alır və özünə milyardlarla dollarlıq bir imperiya yarada bilmək üçün yeni bir mövqeyə gətirir.
 
10. " Müharibə lordu " - 2005 (Lord of War)
Nyu Yorkda 20 ildir silah taciri Yuri Orlov (Nikolas Keyc), dünyada terrorizmin ortaya çıxmasın bir pəncərə kimi görür. Ona əxlaq dərsləri keçən gənc qardaşı Vitalini (Jared Leto) qorumağa çalışarkən, arxasıyca düşən federal agent Cek Lorənsdən  (İtan Hak) də qaçmağa çalışır. Filmdə Yurinin xəyallarındaki qadın model Ava Fondas (Brijit Monahen) ilə münasibətindən də bəhs edilir.
 
11. "Tomi" - 1995 (Tommy Boys)
Yığıncaqları və əyləncələri çox sevən Tomi Kəlahen (Kris Fərli) yeddi ildən sonra diplomunu alır və Callahan Avtomobil hissələri (öz ailəsinin şirkətində işə başlayır). Atası Biq Tom (Brayn Deni), yüngül xasiyyətli Riçard Haydeni (Deyvid Speyd) işə götürür sonra isə yeni bir qadınla (Bu Derek) ailə həyatı qurur. Beləcə Tominin bir də Richard adında ögey bir qardaşı  olur. Ancaq ata Biq Tom birdən ölür, Tomi və Riçard şirkəti iflasdan xilas etmək üçün yarım milyon avtomobil hissəsi satmaq məcburiyyətində qalırlar. Tomi şirkəti qorumaq üçün yeni işlər görür, mütəmadi olaraq müştərilərlə görüşür, yeni və yaradıcı fikirlər ortaya qoyur; müvəffəqiyyətin müştərilərin ehtiyaclarını öyrənmək və dürüstlüklə bağlı olduğuna inanır.
 
12. “Coy” – 2015 (Joy)
Filmdə Coy Menqenonun həyatından bəhs edilir. O, üç uşağını tək böyütməyə çalışan bir anadır. Eşq və iş həyatındakı maddi və mənəvi çətinliklərə baxmayaraq, o yenidən həyatını qurmağa çalışır. Coy, ailəsinin və işinin başcısı olur. Onun güclü iradəsi, qarşısına çıxan çətinliklərdən xilas olmasına kömək edir.
 
13. "Eşq Sərxoşu" - 2010 (Love & Other Drugs)
Yaraşıqlı dərman satıcısı Cemi Rəndalın (Jake Qaylinhal) hər zaman qadınlarla arası yaxşıdır. O, şəxsi həyatındaki cazibədarlığından işindədə satış etmək üçün istifadə edirdi. Lakin o bilmirdiki Megi Mardak (Əni Həzevey) ilə qarşılaşdığında ona aşıq olacaq. 
 
14. "Şən bir həftə sonu" - 2011 (Cedar Rapids)
Sığorta agenti Tim Laypi (Ed Helms) çox sadəlöv bir insandır. O, bu vaxda kimi heç bir mehmanxanada qalmayıb, təyyarədə uçmayıb, öz doğma şəhərini heç vaxt tərk etməyib. Başqa bir şəhərdəki iclasda şirketini təmsil etmək üçün seçilən Tim, orada üç yeni insanla tanış olur. Bu onun həyatını dəyişdirən geyri adi bir həftə sonu keçirməsinə səbəb olur.
 
15. "Uol strit: Pul Əsla Yatmaz" - 2010 (Wall Street 2: Money Never Sleeps)
Uzun bir həbs cəzasından sonra, Qordon Qiko (maykl Duqlas) özünü bir zamanlar rəhbərlik etdiyi şirkətə çöldən baxan vəziyyətdə tapır.  Qızı ilə olan əlaqəsini düzəltməyi ümid edən Qiko, qızının nişanlısı Ceki (Şayə Labiof) ilə əlaqə qurur. Ceki, Qordonu bir ata kimi görməyə gəlsə də, onun hədəflərinə çatmaq üçün heç bir şeydən imtina etməyəcək bir usta manipulyator olduğunu öyrənir.
 
16. "Həyat çətin, satış çətin" - 2009 (The Goods: Live Hard, Sell Hard)
Ben, ikinci əl avtomobil alış-verişi ilə məşğul olan bir adamdır. O işləri korlanan zaman, dilerini canlandırmaq üçün bir komanda qurmaq  qərarına gəlir. Onun komandasının məqsədi Amerikanın qurtuluş günü, yəni 4 iyulda əllərində olan avtomobillərdən 200 dənəsini satmaqdır.  Ancaq komandanın lideri Don, müdirin qızına aşiq olur. Bu hadisə işlərin gedişatını dəyişir və işləri təhlükəli vəziyyətə salır.

ŞƏRH YAZIN