Həyatın hər anında yorğunluqla qarşılaşa bilərsiniz. Xüsusilə mövsüm dəyişikliklərində yorğunluq hissi çox olur. Yorğunluq ilə başa çıxmaq üçün həyatınızda bəzi məsələlərə diqqət etməlisiniz.
Yuxu səviyyənizi artırın. Yetərsiz və keyfiyyətsiz yuxu yalnız yorğunluğa səbəb olmur, müvazinət pozğunluğu, səbirsizlik, gərginlik və əsəbiliyə də səbəb ola bilər.
Çalışarkən yorğun hiss etməyə başladıqda çay və ya meyvə suyu içməyi sınaya bilərsiniz. Çayın xəbərdaredici təsiri vardır. Amma təkcə çay və ya oxşar mayelər orqanizmin su ehtiyacını ödəmək məsələsində yetərli deyil. Bu səbəblə gündə 8-10 stəkan (təxminən 1,5-2 lt) su içməyə diqqət göstərilməlidir. Həddindən artığa qaçmamaq şərtilə qəhvə də müvəqqəti olaraq performansı artıra bilər.
Məşq-yuxu-bəslənmə arasındakı tarazlıqlardan qaynaqlanan yorğunluq altında yatan tibbi bir problem olmaya bilər. Dincəlməklə ya da yuxu və bəslənmə nizamı, məşq müddətlərini tarazlaşdırmaq ilə düzələ bilər. Xroniki hala gələn və çox uzun müddətdə davam edən yorğunluqlarda həkiminizə məsləhət etməkdə fayda vardır.
Psixoloji yorğunluqlarda gündə yarım saat məşq (aerobika, gəzmək, velosipedə minmək kimi) də sizi gücləndirə, stress və gərginliyinizi azalda bilər.
Yoqa kimi həm cismi, həm də ruhi enerjinizi artıracaq üsullardan da istifadə edə bilərsiniz.
Enerjinizi sərf edəcək amillərdən mümkün olduqca uzaq qalmağa çalışın. Aşırı gurultulu mühitlər, gərginliklər, qərarsızlıqlar, lazımsız narahatlıqlar, əsəb, bədbinlik, mənfi düşüncə , kimi.
Korrektə etdi: Hürü Mustafayeva