Səhər Erkən Oyanmağımız Üçün Nələr Vacibdir?

0
2969
Səhər Erkən Oyanmağımız Üçün Nələr Vacibdir?

Gecə yaxşı yatmaq və erkən qalxmaq istəyirsinizsə, bu tövsiyyələrə qulaq verin!

Tez yatmağa çalışın: Gec yatmaq səhər oyanmağınızda çox böyük rol oyanyır. Nə qədər erkən yuxuya getməyə çalışsanız, bir o qədər tez və rahat oyanarsınız. Ehtiyacınız olmadıqca çalışın axşamlar gec yatmayasınız. Bu sizə həm sağlamlıq cəhətdən, həm də enerjili olmağınız cəhətdən, həmçinin gecikməmək üçün çox vacibdir.
 
Yuxu rejiminiz olsun: Hər gün eyni vaxtda yatmağı vərdiş edin. Belə olduqda hər gün bədəniniz eyni vaxtda yatıb-oyanmağa öyrəşəcəkdir.
 
Gecələr qida qəbul etməyin: Ola bilər gecə acmış ola bilərsiniz və yaxud ürəyiniz hər hansı bir şeyi istəmiş ola bilər. Ancaq biz bunu məsləhət görmürük. Çünki gecə qida qəbul etmək həm rahat yuxu yatmağınıza, həm də erkən qalxmağınıza təsir edəcəkdir.
 
Tərkibində kafein olan qidalardan uzaq durun: Günortadan sonra kafeinli içki istehlakını azaldaraq ya da tamamilə kəsərək səhərlər daha asan oyana bilərsiniz. İlk əvvəllər bəlkə vərdiş etməyiniz çətin ola bilər, amma içinizdəki kafein istəyini öldürməlisiniz.
 
Sizi oyandıracaq bir motivasiya olsun: Əgər səhər erkən oyanmaqda problem yaşayırsınızsa, sizi həqiqətən oyandıracaq bir səbəb tapın. 
 
Tezdən oyanmağı qarşınıza məqsəd qoyun: Erkən oyanmağı qarşınıza məqsəd qoysanız bu zaman durmaqda elə də çətinlik çəkməzsiniz. Səhər hər hansı bir yerə gedəcəksinizsə, onsuz da istər-istəməz durmalısınız. Məqsəd dediyimizdə bəlkə də ağlınıza bu gələ bilər. Ancaq biz isə sıradan bir günü nəzərdə tuturuq. Yəni heç bir işiniz olmadığı zaman, əgər  Namaz qılırsınızsa, namaza dura bilərsiniz və ardından hər hansı bir işiniz varsa, onunla məşğul ola bilərsiniz və yaxud  maraqlı hər hansı ideyanız varsa, onu həyata keçirə bilərsiniz. 
 
Məşq edin: Erkən qalxmaq üçün məşq əyləncəli bir vasitədir. Çünki günortadan sonra ya da axşam saatlarında edilən məşq erkən yatıb bədəninizin yaxşıca istirahət etməsini təmin edər. Ayrıca səhərlər məşq etmək də özünüzü enerjili hiss etmənizi təmin edər.
 
Saatınızı özünüzə yaxın qoymayın: Olduqca köhnə bir üsul olsa da erkən qalxmaqda ən təsirlisidir. Saatınızı axşamdan qurun və otağın digər tərəfinə yerləşdirin. Beləcə səhərlər yataqdan qalxıb saatı söndürərsiniz və yuxunuz daha tez açılar.
 
Yatağa əsəbi halda getməyin: Gecə yatmazdan əvvəl əsəbiləşsəniz, bir şey düşünsəniz yuxuya getməkdə çətinlik çəkərsiniz. Bu səbəbdən yatmazdan əvvəl gərginsinizsə, isti bir çobanyastığı çayı içib sakitləşdikdən sonra yatmağa gedin.
 
Həyəcanlı bir nahar planlayın: Səhər möhtəşəm, ləzzətli bir nahar etməyi planlayıb da yatsanız yorğunluğunuz azalar və daha tez yuxuya gedərsiniz. Edəcəyiniz nahar təzə meyvədən hazırlanan meyvə şirəsindən olsa, daha maraqlı ola bilər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN