Xoşbəxt Olmaq Elə də Çətin Deyil!

0
2234
Xoşbəxt Olmaq Elə də Çətin Deyil!

Bəzən xoşbəxt olmaq üçün elə də çətin deyil.Bunun üçün böyük şeylərə də ehtiyacımız yoxdur.Çox xırda şeylər də insanı xoşbəxt etməyi bacarır. 

Gülümsəmənizə səbəb olan o özəl anlar  :
 
Hava işıqlı olan zaman işdən çıxmaq.
 
Cibdə pul tapmaq.
 
Mahnı ifa etmək.
 
Saçlarınızın gözəl görünməyi.
 
Səhərlər zəngli saat çalmadan bir dəqiqə əvvəl oyanmaq.
 
Yazılan mesaja tez cavab almaq.
 
Soyuq qış aylarından sonra ilk dəfə eşidilən quş səsləri.
 
Geyinmək istədiyiniz geyimlərin yeni yuyulduğunu və geyinilməyə tam hazır olduğunu bilmək.
 
Heç kim yox ikən rəqs etmək.
 
Səhərlər erkən oyanıb işə, ya məktəbə getməyə hələ bir neçə saatınızın olduğunu bilmək.
 
Naringi qabığını bir dəfəyə soymaq.
 
Poçt qutusunda qəbz yerinə məktub tapmaq.
 
Metro stansiyasına enər-enməz qatarın gəlməsi.
 
Televizoru açar-açmaz ən sevdiyiniz filmin başladığını görmək.
 
Hava gözəlkən bayırda olmaq.
 
Uzun və rahatladıcı bir duş.
 
Ən sevdiyiniz musiqini ard-arda dinləmək.
 
Düyməyə basar basmaz gələn lift.
 
Şəhərdən uzaq bir yerdə telefon şəbəkəsinin olması.
 
Sevdiyiniz bir sviter.
 
Ən sevdiyiniz içkidən ilk qurtumu içmək.
 
Paltaryuyan maşından yeni çıxan paltarların gözəl qoxusu.
 
Stəkana yaxşı şəkildə tökülmüş soyuq pivə.
 
Təmiz yataq dəstləri ilə yatmaq.
 
Yağışdan sonra torpaq qoxusu.
 
Telefonun 100 % enerji göstərməsi.
 

ŞƏRH YAZIN