Problemlərinizi Ailənizə Qatmayın

0
2182
Problemlərinizi Ailənizə Qatmayın

Hər kəs işdən evə gərgin, əsəbi bir şəkildə gələ bilər. Hamının problemi ola bilər. Bunlar təbii haldır. Ancaq problemlərinizi evə gətirməməyə çalışın. Evə daxil olarkən bütün əsəbinizi, gərginliyinizi, probleminizi qapının arxasında qoyun. Evə gələn zaman düşünün ki, nə qədər yorğun, əsəbi də olsanız hər kəs sevincli şəkildə yolunuzu gözləyir. Bu həqiqətən də çox önəmlidir. Həyat yoldaşınızın, uşaqlarınızın üzündəki sevinci görürsünüzmü? O həyəcanı hiss edirsinizmi? Əgər hiss edirsiniz və görürsünüzsə, onların sevinclərini ürəklərində qoymayın. Siz də tam ürəklə onları qucaqlayın. Sevindirin. Ailənizin bir gülərüz baxışı bütün əsəbinizi sovurub aparacaqdır.

Siz əsəbi olduğunuz zaman unutmayın ki, bu uşaqların psixologiyasına da təsir edir. Sizin hər bir hərəkətiniz onlar üçün bir örnəkdir. Bu səbəbdən çalışın ki, əsəbi olduğunuzda sakitləşəsiniz. Və ən azından bunu ailənizə hiss etdirməməyə çalışın. Unutmayaq ki, onlar bizdən tamamilə fərqli münasibət gözləyirlər və bunun qarşılığını onlara vermək bizim borcumuzdur. Övladlarımız bizim gələcəyimizdir. Siz onlara necə davranış göstərirsinizsə, onlar da sabah o davranışları nümayiş etdirəcəklər. Bunu düşünərəkdən əsəbi, gərgin davranışları tamamilə yığışdırıb onlara hər gün isti münasibət sərgiləməliyik. Ailə dəyərlidir. Bunu heç vaxt yaddan çıxartmayın.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN