Gözəl Yaşamağın Sirrləri

0
2855
Gözəl Yaşamağın Sirrləri

İlk baxışda eşqə inanın.

Bağışlanmağı istədiyinizdə qarşınızdakının gözünün içinə baxın. 

Mübahisə hər zaman olar ancaq davaya çevirməyin.

Heç kimin xəyallarına lağ etməyin.
 
İnsanları dəyərləndirərkən qohumlarını bir kənara qoymağı bacarın. 
 
Sürətli düşünüb yavaş danışın. 
 
Səni sevirəm sözünü səmimi qəlbdən söyləyin.
 
Hər eşitdiyinizə inanmayın.
 
İnsanlar sual verdiyinidə cavabını vermək istəmirsizsə "Niyə bilmək istəyirsən" deyə siz soruşun. 
 
Böyük uğurlar üçün böyük riskləri gözə almaq lazımdır.
 
Valideynlərinizə laqeyd yanaşmayın. 
 
Bütün pulunuzu boş yerə xərcləməyin.
 
İtirdiyiniz hər hansı bir şeyi qazanılmış bir dərsə çevirin. 
 
Xırda məsələlərin böyük dostluqları bitirməsinə icazə verməyin. 
 
Səhvi hiss etdiyiniz anda durmasını bilin və düzəltmək üçün dərhal hərəkətə keçin.
 
Telefona cavab verərkən gülümsəyin qarşı tərəf səsinizdəki xoşbəxtliyi eşidəcək.
 
Hərdənbir tək qalın və özünüzə vaxt ayırın.
 
Hər zaman dəyişməyə açıq olun ancaq dəyərlərinizi itirməyin. 
 
Bəzən ən yaxşı cavab "cavab verməməkdir" unutmayın. 
 
Daha çox kitab oxuyun daha az televizora baxın. 
 
Gözəl və şərəfli bir həyat yaşayın, yaşlanıb geriyə baxdığınızda peşman olmayın. 
 
Allahın köməyinə hər zaman ehtiyac duyun  amma avtomobilinizi də kilidləmədən buraxmayın. 
 
Hüzurlu bir ev həyatı mühiti yarada bilmək üçün əlinizdən gələn hər şeyi edin. 
 
Sevdiklərinizlə mübahisə etmiş olsaz  yalnız o günün mövzusunu müzakirə edin, köhnə söhbətləri açmayın. 
 
Müdrikliyinizi paylaşın bu "əfsanə" olmağa gedən yoldur. 
 
Dua edin. Mükəmməl bir güc olduğunu görəcəksiniz. 
 
Qarşınızdakının sözünü kəsməyin. Hələ sizi tərifləyirsə əsla. 
 
İnsanlara gözlədiklərindən çoxunu verin bunu ürəkdən edin.
 
Başqasının işinə qarışmayın. 
 
Xarakteriniz bir mənada alınyazınızdır.
 
İldə ən az bir dəfə daha əvvəl heç görmədiyiniz bir yeri görün. 
 
İmkanınız varsa yoxsullara kömək edin.Zəngin olmağın ən gözəl tərəfi budur. 
 
Bəzən istədiyinizin olmama ehtimalı vardır unutmayın. 
 
Əvvəl bütün qaydaları bilin sonra bir iki dənəsini tapdalaya bilərsiniz. 
 
Ən gözəl münasibətlərdə; qarşılıqlı sevgi qarşılıqlı ehtiyaclardan üstündür. 
 
Uğurunuzu, ona çatmaq üçün nələr itirdiyinizlə ölçün. 
 
Üç "S" qaydasında çaşmayın: Sev, Sevil , Məsuliyyətli ol
 

ŞƏRH YAZIN