Dünyanı Və Dünyasını Yenidən Yaratmaq İstəyənlərə..

0
2949
Dünyanı Və Dünyasını Yenidən Yaratmaq İstəyənlərə..

Hər kəs dünyanı dəyişdirmək istəyir. Amma buna haradan və necə başlayacağını bilmir. Bu yazımızda dünyanı və dünyasını yenidən yaratmaq istiyənlərə təkliflər təqdim edəcəyik.

1. Sadə yaşayın:
 
Yer üzünün əmanətçiləri olaraq, zehni, emosional və fiziki resurslarımızı, istəklərimiz yerinə ehtiyaclarımızı əsas tutaraq, müdrik və diqqətlə istifadə etdikdə, məsuliyyətimizi yerinə yetirə bilərik.
 
2. Sərhədsiz olun:
 
Ruhi cəhətdən özümüz ilə bağlandıqda və cinsiyyət, mədəniyyət, irq kimi süni fraksiyalardan irəli gedəndə, universal, tək bir ailənin üzvü olduğumuzu hiss edir və ona görə davranırıq.
 
3. Qəlbinizi açın:
 
Mərhəmətli olmaq, bağışlama həm özümüz, həm də başqaları üçün şərtsiz sevgi bəsləmə vərdişi olduqda bu bizim, məhv olmuş dünyanı yaxşılaşdırmağımızı təmin edir.
 
4. Zehnizi təmizləyin:
 
Mənfi və lazımsız düşünməyə nöqtə qoymaq və zehni qüvvəmizi müsbət bir şəkildə istifadə etmək, dünya transformasiyasının əsasıdır.
 
5. Həyata qarşı hörmətli olun:
 
Öz varlığımızın gözəlliyini, təkliyini və möhtəşəmliyini dərk etmək, özümüzə, digərlərinə, heyvanlara və təbiətə qayğılı və hörmətli olmağımızı təmin edir.
 
6. Nəsihət verməyin, tətbiq edin:
 
Daxili dəyərlərimizə sadiq qaldıqda və vicdanımızın səsinə qulaq asdıqda, başqalarının müqavimətinə baxmayaraq, hərəkətlərimiz bir çoxlarına fayda gətirir.
 
7. Özünüzü gücləndirin:
 
Öz dünyamızı yaratdığımızı və həyat mübarizəsiylə necə baş edəcəyimizə dair hər zaman seçimlərə malik olduğumuzu dərk etmək, bizə inam və fərq yaratmaq cəsarəti verən azadlıq və məsuliyyət hissi gətirir.
 
8. Yaxşı qidalanın:
 
Sevgi ilə bişirilmiş saf və sağlam yeməklər, bütün varlığımızı bəsləyir və planetin sağlamlığına kömək edir.
 
9. Yuxunuzu izləyin:
 
Daha güclü, müsbət olduqca və gələcəyə baxışımızı daha dəqiqləşdirdikcə onu bacarmaq ehtimalımız artar.
 
10. Ruhu bəsləyin:
 
Zaman-zaman səssizcə təkbaşına dua etmək və ya düşünmək, bizə həyatla daha müsbət və sakit bir şəkildə baş etmək üçün lazım olan daxili gücü və müdrikliyi verər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN