Gənc bir oğlan qatarın pəncərəsindən mənzərəni seyr edərək qışqırır:"Ata,bax ağaclar arxada qalır".Ata oğluna gülümsəyir və onun ətrafında oturan hər kəs bu gənc oğlanın uşaq kimi davranışını təəccüblə seyr edirdi.
Oğlan birdən yenə sevincək şəkildə söylədi:"Ata,bax buludlar bizlə birgə gəlir".Qoca bir kişi buna çox da dözə bilmir və deyir:"Niyə oğlunuzu yaxşı bir həkimə aparmırsız".
Oğlanın atası gülərək cavab verir:"Biz elə hal-hazırda məhz xəstəxanadan gəlirik.Mənim oğlum dünyaya gələndən bəri gözləri görmürdü və bu gün onun gözləri açılıb”
Bu dünyada hər kəsin özünə görə bir həyat hekayəsi vardır.İnsanların nə yaşadıqlarını bilmədən onları qınaq obyektinə çevirməyin.Sonra peşman ola bilərsiz.