Erix Frommun qələmindən...

0
6312
Erix Frommun qələmindən...

-Sevgi bir faktorluqdur; passiv bir hadisə deyil; bir şeyin içində olmaqdır, bir şeyə qapılmaq deyil. sevginin faktor xüsusiyyəti, ən ümumi şəkildə belə təyin oluna bilər; sevgi verməkdir, almaq deyil.

-Cinsi sevgi iki şəxsiyyət təkliyidir.
 
-Qardaş sevgisi bütün insanları sevməkdir. Və tək adama aid olmaması ən böyük xüsusiyyətidir.
 
-Çarəsiz birini sevmək, yoxsul və xarici birini sevmək, qardaş sevgisinin ilk addımıdır.
 
-Bir məqsədə istiqamətli olmayan sevgidə ancaq, gerçək sevgi açılıb inkişaf edər.
 
-Dərin və ehtiraslı sev… Ürəyin qırıla bilər amma həyatı mənalı yaşamanın tək yoludur.
 
-Ana sevgisi şərtsizdir, qoruyucudur, isti bir sığınacaqdır. Şərtsiz olduğu üçün əldə edilə bilməz.
 
-Eşq 'Səni Sevirəm çünki sənə ehtiyacım var' deyə başlayar, 'Sənə ehtiyacım var ...çünki səni sevirəm' deyə yetkinləşər.
 
-Əgər sevgi bir çiçəksə, hörmət onu qoruyan saxsıdır. .Çiçək solmağa başlamışsa diqqət yetirin saxsı mütləq çatlamışdır.
 
-Hər insan xoşbəxt ola bilməz... Çünki; çox darıxar dünəni, Layiq olduğundan çox düşünər sabahı. Və heç layiq olmadığı qədər şüursuzca yaşayar bu günü.
 
-Əhəmiyyətli bir problemdə, səlahiyyətinizi aşdığı halda sizə məsləhət edilirsə, qəhrəmanlıq etməyin. Çünki mütləq hadisədə günahkar axtarılır.
 
-Ancaq özündən bir şeylər verə bilən adam varlıdır.
 
-Məntiqli düşüncə anlayışından bir qaydanın yaradılmasına doğru atılan hər addımda inanca gərək vardır.
 
-Sevmək müəllimin tək yoludur.
 
-Təhsil, bir uşağa xüsusi qabiliyyətlərinin fərqinə çatması üçün kömək etməkdir.
 
-Vermək amaqdan çox daha sevinc vericidir. Bu, məni yoxsullaşdırır ama vermə hərəkətində canlılığının gücü yatdığı üçün bu, belədir.
 
-Həsəd, qısqanclıq, ehtiras, hər növ aclıq, bunların hamısı ehtirasdır. Sevmə isə məcbur etmə olmadan yalnız azad olunduğunda yaşana bilən, insani bir hərəkətdir.
 
-Sevmə sənətinin tətbiq oluna bilməsi, inancın da tətbiq olunmasını gətirər.
 
-Heç bir şey yaradıcılığı eşq qədər təşviq etməz, təbi ki eşqin gerçək olması şərtiylə.
 
-Sevgi, insanın probleminin cavabıdır.
 
-Maşına görə zaman insanın hökmdarı oldu.
 
-Acgözlük daxili bir boşluğun nəticəsidir.
 
-Yalan heç bir şeyi yerindən tərpətməz.
 
-Bütün insanlar bərabərdir, çünki onlar Torpaq Ananın uşaqlarıdır.
 
-Sevgi olmadan insanlıq bir gün üçün belə var ola bilməz.
 
-Gerçək heç bir zaman şiddət tərəfindən çürüdülə bilməz.
 
-Yaxşı və pis yalnız itaətsiz olma azadlığı içində vardır.
 
-Bütün ağır psixoloji xəstəliklərin təməlində narsizm yatar.
 
-Bura və indiki an sonsuzluqdur.
 
-Avtomatlar sevə bilməzlər.Onlar yalnız "şəxsiyyət paketləri"ni bir-birləriylə dəyişdirərlər və ucuza bağlama arxasında qaçarlar.
 
-Avtomatlar bir-birlərini sevmədikləri kimi Tanrını da sevməzlər.
 
-Sevgidən imtina etmək qeyri-mümkün olduğuna görə sevgi mövzusundakı müvəffəqiyyətsizliklərin öhdəsindən gələ bilmənin bir tək uyğun yolu olaraq bu müvəffəqiyyətsizliklərin səbəblərini nəzərdən keçirib, sevginin mənasını araşdırmağı inkişaf etdirmək qalır.
 
-İnsan zəkayla mükafatlandırılmışdır. O, öz özünü bilən bir həyatdır; özünün digər insanların, keçmişinin və gələcəkdə onu gözləyən ehtimalların fərqindədir.
 
-İnanc insanın yaranmasının bir şərtidir.
 
-Sevmək özünü qarşılıqsız olaraq həsr etmək, sevgimizin sevilən adamda da sevgi meydana gətirəcəyi ümidini daşımaq deməkdir. Sevgi bir inanc hərəkətidir. İnancı az olanın sevgisi də azdır.
 

ŞƏRH YAZIN