Necə Yaşayacağına Özün Qərar Ver!

0
2750
Necə Yaşayacağına Özün Qərar Ver!

Bəzən yaşadığın yer, cəmiyyət, mentalitet - bütün bunlar səndən başqa biri olmağını tələb edər. Sən də o tələblərə uyğun olaraq hərəkət etməyə başlayarsan. Bütün duyğuların və azadlığın ciddi şəkildə zədələnər, fərdi şəxsiyyətin tapdalanar, başqalarının düşüncələri daha önə çıxar və getdikcə artıq fərqində olmadan öz mənliyindən uzaqlaşmağa başlayarsan. 

Başqalarının nə düşündüklərinə, nə dediklərinə əhəmiyyət verənlər, onları daima qınamaq qorxusu ilə yaşayanlar üçün həqiqətən də həyat çox çətindir. İnsanlara "Xeyr" deməyi bacarmamaq, insanların qəlbini qırmaqdan qorxmaq, mənfi bir rəy bildirə bilməmək, hər kəsin səni sevib, nəvaziş göstərməsini gözləmək - bütün bunların sadəcə bir səbəbi var: " Yalnız qalmaq qorxusu".
 
 
Bu şəxslərin həyat tərzinə baxıldığı zaman, ümumiyyətlə, onların valideynləri ilə bənzər xüsusiyyətləri olur, ya da valideynləri ilə aralarında etibarlı əlaqənin qurulamamış olduğu aydın olur.
 
Ətrafdakı insanlar tərəfindən qəbul edilməyəcəyini düşündüyü üçün öz fikrini söyləməkdən boyun qaçırmaq, rədd edilməkdən qorxmaq, digər insanların yanında zəif olmaq, sevilməmək qorxusu, onunla maraqlanan birinin olmadığı düşüncəsi, insanların ondan  uzaqlaşacağı və tək qalacağı kimi yanlış düşüncələr və səhv inanclar həmin adamın həyatına mənfi yöndə təsir edir. Belə adamlar ictimai həyatdan qaçır, ətrafındakı insanlarla əlaqədar yanlış fikir söyləyirlər. Bunun nəticəsində  münasibətlər pozulur və sonda da təklik və depressiya ilə nəticələnir.
 
Burada ironik olan budur - ümumiyyətlə, başqalarının özü haqqında nə düşündüyü mövzusunda "falçılıq" edib ona görə hərəkət edənlər, əslində öz düşündüklərini sanki qarşısındakının düşüncəsiymiş kimi qəbul edirlər. Bu, insan əlaqələrindəki yamsılamadır və belə yaşamağa çalışmaq çox çətindir.
 
Yeni tanışdığı insanların olduğu mühitdə şəxsin "Mən sözə başlasam, kimsə söylədiklərimə maraq göstərməz" düşüncəsiylə susması tamamilə özünün düşüncəsi ilə əlaqədar vəziyyət olsa da, o, bunu qarşı tərəfin düşüncəsi kimi qəbul edir. Bundan tez-tez istifadə edən şəxslərin münasibətlərində də ciddi çətinliklər yaşanar. Düşüncə sxemləri erkən yaşlardan etibarən səhv formalaşdığı üçün həmin şəxslər əlaqələrdə obyektiv olaraq anlamaq, şərh etmək və reaksiya vermək davranışları göstərə bilməzlər. Ekspert dəstəyi almaqla bu vəziyyətin öhdəsindən gəlmək mümkündür. İnsan olduğumuzu unutmadan insan olmağa icazə vermək, hər kəsin bacardığı kimi yaşamağa çalışdığını düşünmək lazımdır. 
 
Unutma, həyat sənin həyatındır. Necə yaşayacağına sən qərar verməlisən!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN