Motivasiyanızı Yüksəldin! (2)

0
6340
Motivasiyanızı Yüksəldin! (2)

 

Hələ hədəf qoyduğum yerdə olmaya bilərəm, amma məqsədimə dünən olduğumdan daha yaxınam.
 
Həyatın ləzzəti fırtınanın keçməsini gözləməklə deyil, yağmurda rəqs edə bilməklə çıxar.
 
Hər gün yaxşı olmaya bilər. Amma hər günün içində mütləq yaxşı olan nəsə var.
 
Ən böyük risk heç riskə getməməkdir.
 
Insanları məhdudlaşdıran gerçəklər deyil, gerçək olduğuna inandıqlarıdır.
 
Həyatına gün əlavə etmək sənin əlində olmaya bilər. Amma hər gününə həyat qatmaq sənin əlindədir. 
 
Xəyallarla dolu bu dünyada, bizlər sadəcə inandıqlarımızı görərik.
 
Seçimləriniz qorxularınızla məhdudlaşır.
 
Müvəffəqiyyətsizlikdən deyil, heç cəhd etməməkdən qorxun. 
 
Həyat sizə limon verirsə, siz də ondan limonad hazırlayın.
 
Allahım, mənə dəyişdirə biləcəyim şeyləri dəyişdirməyim üçün cəsarət, dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək üçün səbr və ikisi arasındakı fərqi anlaya bilməyim üçün müdriklik ver!
 

ŞƏRH YAZIN