Həyata Dair Sözlər... (II hissə)

0
10614
Həyata Dair Sözlər... (II hissə)

Doğum və ölümün çarəsi yoxdur.  Aradakı boşluqdan həzz almağa çalışın. (George Santayana)

Hər xəstəlik əvvəlcə beyində başlayıb, sonra bədənə sirayət edən bir üsyandır. (Peyami  Safa)

Həyatın çirkin oyunlarına rəğmən hələ də gülə bilən insan, həyatın fəlsəfəsini anlamış deməkdir.  (Aldous Huxley)
 
Sanki çox ömrümüz varmış kimi, gözləməyi öyrədir bizə həyat... (Pionist – The Pianist) 
 
Yaşlanmaq bir dağa çıxmağa bənzər. Çıxdıqca yorularsan, nəfəsin daralar, amma baxış bucağın da genişlənər. (İngmar Bergman)
 
Asan bir həyat üçün dua etmə, çətin olana dözmə gücü üçün dua et. (Bruce Lee)
 
Hüzur deyilən o şeyin hər zərrəsinə ehtiyacım var bu aralar. Mənə bir az Bahar gərək. Çox üşüdüm... (Maksim Gorki)
 
Ölümün var olduğu bu dünyada heç bir şey çox da önəmli deyildir əslində. (Franz Kafka)
 
Düşündüyünü söylə, söylədiyini et, etdiyinin arxasında dur. Amma diqqət et,  sözünün altında əzilmə. (Mevlana)
 
Başqalarının həyatlarına göndərdiklərimiz  öz həyatlarımıza geri dönər. (Edwin Markham)
 

ŞƏRH YAZIN