Zamanı düzgün idarə edə bilmək üçün taktikalar

0
2941
Zamanı düzgün idarə edə bilmək üçün taktikalar

1.Zamanınızı hissələrə bölün

Əgər vaxtınızı düzgün idarə etmək istəyirsinizsə, ilk öncə zamanı hissələrə ayırmaq lazımdır. Zamanı 4 hissəyə bölün. İlk nəzərdə tutduğunuz zamanı əhəmiyyətli və təcili işlərə həsr edin. İkinci böldüyünüz zamanı vacib lakin daha önəmsiz işlər üçün; üçüncü hissəni  ancaq əhəmiyyətli olmayan işlər üçün; sonuncu qərarlaşdırdığınız hissəni isə çox da mühüm  və vacib olmayan vəzifələr üçün ayırın.
 
2.Stolu prioritlərinizə görə ayırın
 
Stolunuzun bir tərəfini vacib işlər üçün, digər hissəsini də daha az əhəmiyyət daşıyan işlər üçün ayırın.
 
3.Örnək alın
 
Əhatənizdə olan insanların zamanı necə idarə etmələrini nümunə götürə bilərsiniz. Həmin insanların zamanı düzgün idarə etmək üçün nələrdən istifadə etdiklərini araşdırın.İşinizdə icra edin və zamanı idarə etməyinizdə necə bir rol oynayacağını özünüz görün. 
 
4.Özünüzü Zamanlayın
 
Cümə günü etibarilə özünüzə,gündəliyinizə bir ediləcək işlərin siyahısını hazırlayın. Bu, sizə gündə ən az 1 saat zaman qazandıracaq.İş bitdiyi saatda isə işinizin tamamlanmış olmasını təmin edəcək. 
 
5.Əşyalarınızı Düzəldin
 
Stolunuzu ya da otağınızı ən praktik şəkildə təşkil edin. Bu sizin üçün bir sərmayədir. Hansı işdə işliyirsizsə işliyin, nizamlı bir stol sizə gündə ən az 30 dəqiqə vaxt qazandıracaq. Üstəlik səliqəsiz stolda diqqətinizi böləcək daha  çox xəbərdarlıq edən detal olur. Bunu aradan qaldırmaqla isə daha məhsuldar işləmənizi təmin edəcəksiz. 
 
6.Təmizlik üçün vaxt ayırın
 
Ayda 1 günü, təmizlik və səliqəyə ayırın. Üstünlük Bazar günü olsun. Stolun üzərindəki lazımsız kağızları toplayın. Ediləcək işlərinizi tamamlayın. İş yerinizi səliqəyə salıb, təmizləyin deyir. Bütün bunları tək bir gündə etmək sizə ayda artıqdan 5 saat qazandıracaq.
 

ŞƏRH YAZIN