Zamanı Doğru Dəyərləndirmək Üçün..

0
3223
Zamanı Doğru Dəyərləndirmək Üçün..

Yalnız başına tətilə çıxın
Yalnız başına tətilə çıxmağın cansıxıcı olduğunu düşünə bilərsiniz. Ancaq özünüzlə tək qalıb, bütün düşüncələrdən uzaqlaşmaq,özünü tanımaq üçün əla bir fikirdir.
 
Yeni dil öyrənin
Hər zaman yəqin ki, öyrənmək istədiyiniz bir dil olub.Öyrənmənin yaşı yoxdur unutmayın.Elə indi, bu andan başlayın.Yeni bir dil bilmək özünüzü daha da inkişaf etdirməyinizdə böyük rol oynayacaqdır.
 
Rəqs edin.
Pozitiv olun, hər zaman rəqs edin. Rəqs kursuna yazılın və ya evdə hər səhər rəqs edin. Enerjinizi daha da artıracaqdır.
 
Könüllü işləyin
Sevdiyiniz bir işə könüllü olaraq başlayın. Bu zaman həm gələcəkdə iş həyatınız üçün təcrübə edinəcəksiniz, həm özünüz də əylənəcəksiniz və həm də yeni dostlar,yeni ətraf qazanacaqsınız.
 
Cəsarət edin.
Çoxdandır etmək istədiyiniz, ancaq cəsarət etmədiyiniz dəyişiklər edin.Bu hər hansı saç rəngləməsi də ola bilər,pirsinq,kiçik bir tatuaj və yaxud estetik əməliyyat da.İndi etdirməsəniz, sonra peşman ola bilərsiniz.Sadəcə, çoxdan arzuladığınız, lakin cəsarət tapıb gərçəkləşdirə bilmədiyiniz şeyləri edin.
 
Simiclik etməyin
Təbii ki, qənaət etməyi də bacarmalısınız ancaq qənaət etməknən simiclik arasında bir sərhəd vardır. Çalışın o sərhədi keçməyin.Çünki simiclik yaxşı bir xüsusiyyət deyildir və unutmayın həyat bugün üçün vardır.Sabah başınıza nə gələcəyini bilə bilmərsiniz.Xoşbəxtliyinizdən bir an belə itirməyin, həyatınızı yaşayın.
 
Ailə vacibdir
Valideynlər insanın həyatında bir yerə qədər olur. Düzdü onlarsız həyatı təsəvvür etmək çətindi.Ancaq neyniyə bilərik,bu bizim əlimizdə deyil.Tək başına yaşamaq isə çox çətindi.Bundan sonra həyatınızı paylaşacağınız,sevə biləcəyiniz və sizi xoşbəxt edə biləcək biri olmalıdı həyatınızda.Ailə vacibdir, unutmayın.
 
Yeniliklər axtarın
Daima yeni şeylər kəşf etməyə çalışın. Etmədiyiniz şeyləri edin. Bəzən maraqsız olduğunu düşündüyümüz şeylər də bizi heyrətləndirə bilir. Ona görə də qorxmayın daima yeniliklərə açıq olun.
 
Qonaqlıq təşkil edin
Bütün dostlarınızı bir araya yığın və bir qonaqlıq təşkil edin. Bəlkə biraz yorulacaqsınız amma bu xoş yorğunluq olacaq. Çünki nəticədə dostlarınızla bir araya gələcəksiniz.
 
Özünə məktub yaz
İndi ağlınızdan nə kimi düşüncələr keçdiyini, gələcək planlarınızı, necə bir həyat yaşamaq istədiyinizi bir məktuba yazın və gizlədin.Olmaq istədiyiniz yaşa çatanda o məktubu oxuyun və necə bir həyat yaşadığınıza baxın görün istədikləriniz həyata keçibmi?...
 

ŞƏRH YAZIN