Artıq Işlərinizi Təxirə Salmıyacaqsınız

0
2220
Artıq Işlərinizi Təxirə Salmıyacaqsınız

Bir işə başlamaq istəyir ancaq buna heç cür nail ola bilmirsiniz? Başlayacağınız yeri bilmədiyiniz üçün işinizi təxirə salırsınız? Artıq işlərinizi təxirə salmayacaqsınız!

Günümüzdə bir çoxumuz əsasları fərqli-fərqli olsa da o an görüləsi bir iş etməyə bilər, daha sonra edərəm fikriylə irəli bir zamana təxirə sala bilərik. Həmişə də o təkrarlanan zaman gəlir ki, eyni iş yenə edilməz, başqa bir tarixə iş bir daha təkrarlanır, təxirə salınır. Zaman axır o iş bir daha qapımızı çalır bu dəfə ötən müddətin topladığı problemlərlə yanaşı həm də. Bir sözlə təxirə salınan iş hər keçən gün bir yumaq misalı düşdükcə problemləri böyüyər, həll edilməyəcək hala gələr.
 
Təxirə salma vərdişi operativliyə təsir edir.
 
"Bütün gecikmələr oxşar yol getməz. Təxirə salma vərdişi, adamın funksionallığını tamamilə ortadan qaldırmaz, ancaq əhəmiyyətli dərəcədə təsir göstərir. İşlərini təxirə salanlar, çox vaxt bu vəziyyəti inkar edirlər, ya da bu vərdişlərini buraxacaqlarına dair onlara söz verirlər.
 
TƏXİRƏ SALMA FORMALARI
 
İctimai və ya şəxsi təxirə salma formaları vardır.
 
Adi işləri təxirə salma
 
Etməyə söz verdiyiniz işləri təxirə salma
 
Davranışa görə təxirə salma
 
Geri çəkilmə
 
Gecikmələr
 
Əngəl çıxarma
 
TƏXİRƏ SALMA PROBLEMİNİ AŞMAQ ÜÇÜN
 
Əsas sahəni müəyyən edin.
 
Bu sahədə təxirə salmağınızla başa çıxsanız nə əldə etməyi ümid edirsiniz?
 
Prioritet daşıyan bu fəaliyyətinizi təxirə salarkən, başqa nə kimi tədbirlərdə olursunuz?
 
Bu təxirə salmağınızı haqlı çıxarmaq üçün öz-özünüzə nə deyirsiniz?
 
Təxirə salmaqla bərabər nə kimi hisslər yaşayırsınız?
 
Bu təxirə salmanın qısa və uzun müddətli davranışa görə nəticələri nə ola bilər? Nə itirə bilərsiniz?
 
Təxirə salma vərdişini buraxsanız, gələcəkdəki hansı problemləri qaldırmış olacaqsınız?
 
Bu vərdişi buraxsanız, nə kimi qazancınız olacaq?
 
Təxirə salmağınızın önünə keçərkən, sınadığınız üsullardan hansıları təsirli oldu?
 
Yenidən təxirə saldığınız bir vəziyyət doğana qədər təxirə salma adətinizə nə qədər uzun bir müddət uzaq dura bildiniz?
 
TƏXİRƏ SALMAĞI AZALTMA
 
Bir vəzifə götürün.
 
Məqsədlərinizi müəyyən edin.
 
Planlarınızı müəyyənləşdirin və planlarınızı həyata keçirməyə başlayın.
 
Təyin etdiyiniz yolu dəyərləndirin.
 
TƏXİRƏ SALMANIN ƏSAS SƏBƏBLƏRİ
 
Öz-özünü alçaltma (əksiklik hisi).
 
Qatlana bilməmə düşüncəsi.
 
Düşməncil mövqe.
 
TƏXİRƏ SALMANIN ÖHDƏSİNDƏN GƏLMƏK ÜÇÜN DAVRANIŞ ÜSULLARI
 
Möhkəmləndirmək: Etməyi təxirə saldığınız bir işi görməyincə özünüzü təltif edirsinizsə, təxirə salma vərdişinizi davam etdirəcəksiniz deməkdir.
 
Mükafatlandırma və cəzalandırma: Bitirməyiniz lazım olan bir işi qurtaranda özünüzü mükafatlandıracaq, bitirə bilmiyincə cəzalandıracaq olsanız və mükafatla cəzaların adları əvvəlcədən qoyulmuş olarsa, daha faydalı olar.
 
İşləri not alma: Edəcəyinizi işləri qeyd edin.
 
Bölük-bölük etmək münasibəti: İşin ən azından bir hissəsini görməyə özünüzü məcbur etməyiniz lazımdır.
 
Düşünəndə etmə və ardıcıl aksiyalar: Keçiriləcək kiçik işləri, bunları ağlımıza gəldiyi anda etmək, bizə çox vaxt və iş gücü verəcəkdir.
 
Müəyyən işlər üçün müəyyən vaxtları ayırma: Müəyyən bir işi görmək üçün dəqiq vaxt müəyyən etmək çox faydalı olacaqdır.
 
Ekoloji tənzimləmə və ən uyğun iş şəraitini müəyyənləşdirmək və ya yaratma.
 
Ehtimalları istisna etməyim.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN