Zamandan Doğru İstifadə Üçün Tövsiyələr...

0
4196
Zamandan Doğru İstifadə Üçün Tövsiyələr...

1. Hədəflərinizi təyin edin, bunları bir yerə yazın və sonra istəyinizə görə sıralayın. Sizin üçün həyatınızda nələrin əhəmiyyətli olduğundan əmin olun.
2. Hədəfləriniz üzərində fokuslanın. Ən əhəmiyyətli fəaliyyətləriniz sizə hədəfinizə çatmaqda ən faydalı olanlardır.
3. Hər gün üçün kiçik bir hədəf təyin edin və ona çatın.
4. Zamanınızı necə istifadə etdiyinizi analiz etmək üçün periodik olaraq zaman aralıqlarını yazın, pis vərdişləriniz varsa həyatınızdan atın.
5. Hədəflərinizə çatmaq üçün, etdiyiniz hər şeyi analiz edin. Ne etdiyinizi, nə zaman etdiyinizi, niyə etdiyinizi təsbit edin. Özünüzdən bunu soruşun: "Bunu etməsəydim nə olardı" əgər cavabınız "heç bir şey olmazdı", olsa, etdiyiniz şeyi dayandırın.
6. Hər həftə həyatınızdan boş yer tutan nəsə bir şeyi atın.
7. Zamanınınızı planlayın. Hər həftə üçün bir plan qurun. Öz – özünüzdən bunu soruşun: "bu həftə sonuna qədər nələri tamamlamağı ümid edirəm və bu nəticəyə çatmaq üçün nə etməyə ehtiyacım var?".
8. Hər gün üçün edilməsi lazım olanlar siyahısı yazın. Bu siyahının gündəlik hədəfləri, prioritetləri, təxminən nə qədər vaxt alacağını ehtiva etdiyindən əmin olun. Faydasız fəaliyyətlərə yer verməyin.
9. Ən əhəmiyyətli şeyləri tamamlaya biləcəyinizdən əmin olacaq şəkildə zamanınızı hər gün proqramlayın, gözlənilməz gözləntilərin də qarşınıza çıxacağına görə müəyyən boşluqlar buraxdığınızdan da əmin olun.
10. Bilin ki, iş gününün ilk saatı ən məhsuldar olanıdır.
11. Görəcəyiniz hər bir iş üçün vaxt sərhədləri yaradın.
12. Bir işi birinci dəfədən ən doğru formada edin ki, daha sonra təkrar o iş üçün vaxt sərf etməli olmayasınız.
13. Həyatınızdan təkrar – təkrar olan şikayətlənmələri, sızlanmaları atın. Niyə bəzi şeylərin səhv getdiyini anlayın. Sonunda əziyyət çəkmək yerinə, əvvəldən tədbir almağı öyrənin.
14. Günün səssiz bir zaman aralığını ən əhəmiyyətli iş üçün saxlayın.
15. Başladığınızı bitirmə vərdişinizi inkişaf etdirin. Bir şeydən bir başqa şeyə keçməyin, arxanızda bir çox yarımçıq qalmış iş buraxmayın.
16. Ertələməyi, gecikdirməyi, sonraya saxlamağı dayandırın. Nə lazımdırsa indi öyrənin.
17. Əhəmiyyətli şeyləri etməyiniz lazım olan hallarda, daha az əhəmiyyətli olanlar üzərində əsla zaman xərcləməyin.
18. Özünüz üçün zaman ayırın. (xəyal qurmağa, rahatlamağa və yaşamağa)
19. Sizə xas bir zaman fəlsəfəsi düşünün, zaman sizə görə nə mənaya gəlməkdədir və zamanın sizin yaşantınızla necə bir əlaqəsi vardır...
 

ŞƏRH YAZIN