Yaddaşı Gücləndirmək Üçün 9 Sadə Məsləhət

0
3923
Yaddaşı Gücləndirmək Üçün 9 Sadə Məsləhət

1)  Hər gün istifadə etdiyiniz balaca əşyaları hara qoyduğunuzu unudursunuzsa, həmin əşyaları saxlamaq üçün xüsusi bir yer düzəldin və  tez tapmaq üçün əşyalarınızı ora qoyun.

 2) Qeyd edin. Əgər telefon nömrələrini və ya digər yazdığınız şeyləri yadda saxlamaqda çətinlik çəkirsinizsə mütləq bir yerə qeyd edin. Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək. 
 
3)  Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə "Qazı bağladım" deyin. Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.
 
4)  Yaddaşınızın güclü olması üçün vasitələrdən yararlanın.Bunun üçün ən yaxşı vasitə kimi telefon, qol saatı və digər səs yazan diktafonlardan istifadə edə bilərsiniz.
 
5) Görünə bilən obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı  ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.
 
6)  Xatırlanması lazım olan məlumatları qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın. Və ya bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır. Bundan əlavə, məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir. 
 
7)  Dincəlin və əsəblərinizə nəzarət edin. Təzə informasiya öyrəndikdən sonra həmin informasiyanı yaddaşınızdan çıxartmağınıza səbəb olan ünsürlərdən uzaq durun.
 
8)  Yuxu sisteminə riayət edin.Beyniniz, yuxu rejiminizin düz olmağına görə topladığınız yeni məlumatları gücləndirir. Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki məlumatları daha rahat xatırlayırlar.
 
9)  Ən sonda, əgər bu deyilənlər sizin köməyinizə çatmasa, onda dərhal həkimə müraciət edin. Depressiya, eşitmə və görmə problemi, bəzi dərmanlar, vitamin çatışmazlığı və stress kimi hallar yaddaşsızlığa səbəb olan amillərdəndir.
 

ŞƏRH YAZIN