Uğurun təməl prinsipləri...

0
4333
Uğurun təməl prinsipləri...

Gözəl nəsihətdən faydalanmaq:
İndiki vaxtda gənclər dinləməyi bilmədiyi kimi özlərinə nəsihət verən insanlara da lağ etməkdədirlər ki, bu da həyatımızın gözəlliklərinə dinamit qoyaraq özümüzü canlı bomba kimi məhv etmək qədər təhlükəlidir. Faydalı məsləhət ən qiymətli xəzinədir.
 
Çalışmağı əldən buraxmamaq:
İnsan tənbəl ola bilər amma hər şey öyrənildiyi kimi çalışqanlıq da öyrənilə bilər. Bunun yolu da çalışqan insanlar ilə bir mühitdə olmaq və onların həyat fəlsəfəsini modelləyərək işi öyrənə bilməkdir. Bir zamanlar tənbəl insan ikən bu modelləşdirmə sayəsində çalışqan olan insan bir daha boş dayanmaq istəmir.
 
Yoldaşa diqqət etmək:
Ətrafınızdakı yoldaşlarınıza diqqət etmək və ən azından pis xasiyyəti olanlardan kənar gəzmək müvəffəqiyyətin təxminən yarısıdır. Bizi işə deyil, oyunlara , əylənməyə və gəzməyə təşviq edən yoldaşlara diqqət etsək və bu yoldaşlardan uzaq qalsaq müvəffəqiyyətsizliklər bir anda müvəffəqiyyətə çevrilə bilər. 
 
Pis vərdişlərdən uzaq qalmaq:
Pis vərdişlərdən uzaq olmaq həqiqi mənada sağlamlığı da özü ilə gətirər. Pis vərdişlər yalnız siqaret, spirt deyil, boş danışan, mənasız həyat tərzi keçirən və sizi də öz uğursuz həyatlarına daxil etmək istəyən və s. insanlar ilə yoldaşlıq etmək də ola bilər. Bu cür zərərli vərdişlərdən də mümkün qədər uzaq qalın. 
 
İnanmaq:
Kimsə inanmasa belə müvəffəqiyyətli olacağınıza siz inanın. Bəzən ən yaxın dostlarınız, ailə fərdləriniz belə sizə və müvəffəqiyyətli olacağınıza inanmaz. Amma siz inandıqca və bu inancın gərəyini yerinə gətirərək cəhd edincə əslində qeyri-mümkün görünən şeylərin çox da qeyri-mümkün olmadığını inanclarınızın gücü ilə anlayacaqsınız. 
 
Maddiyyata çox əhəmiyyət verən insanlardan uzaq qalmaq:
Maddi şeylərə də həyatda ehtiyacımız olduğu şübhəsizdir amma, mala, mülkə həddindən artıq dəyər vermək də bir növ xəstəlikdir. Bu xəstəlik maddiyyətə dəyər verməyən amma bizi həqiqi mənada sevən insanların bizdən uzaqlaşmasına və ətrafımızda yaxşı gündə dost, pis gündə ayağımızın altını qazan insanların bizə daha da yaxınlaşmasına səbəb olur. 
 
Sizin onlara dəyər verdiyiniz kimi sizə dəyər verməyən insanlardan qaçın:
Bizə dəyər verməyən insan ilə yoldaş olmaq, zamanımızı və ən əsası sevgimizi boşuna sərf etmək deməkdir. Bəzən bəzi insanları sevər, onların yanında olmağa üstünlük verərik. O insanlar da bizi sevir kimi görünür amma, bizə dəstək deyil problem olduqlarını anladığımız zaman edəcəyimiz tək şey arxamıza baxmadan onlardan uzaqlaşmaq olmalıdır.
 
Səbr etmək:
Bu gün çox insan bir – iki sınaqdan sonra dərhal yorulur. Amma, unutmayaq ki, səbrsiz olsaq bəlkə də gələcəkdə bizi gözləyən hansı xoşbəxtlikləri yaşama sevincini əllərimizdən buraxmış olarıq. Istənilən uğursuzluğa qarşı yorulmadan mübarizə aparmaq və səbr etmək müvəffəqiyyətin təməl prinsiplərindəndir.
 

ŞƏRH YAZIN