Uğurun Qarşısına Keçən Bəhanələr

0
3473
Uğurun Qarşısına Keçən Bəhanələr

Uğur ilə bağlı deyilmiş sözlər, insanları motivasiya etmə gücünə malikdir. Uğur ilə bağlı atalar sözləri də eyni şəkildə insanların nail olma duyğusunu gücləndirir. Amma bəhanələr uğurun qarşısında böyük bir maneədir. Uğurun önünə keçən o bəhanələri sizə təqdim edirik.

1. Məndən keçdi.
 
Artıq yaşım keçib, məndən bu yaşdan sonra heç bir şey olmaz demə. İngilis rok qrupu The Rolling Stoneusun banisi Mick Jagger 73 yaşındadır və hələ də səhnələrdədir. Nail olmanın yaşı yoxdur. Bunun üçün çox nümunə var. Yaşına baxmadan, nail olmağa yönəl.
 
2. Vaxtım yoxdur.
 
Hər kəsə hər gün 24 saat verilir. Müvəffəqiyyət qazananların da, tənbəl-tənbəl ömür keçirənlərin də hər gün 24 saatı var. Sadəcə vaxt rəhbərliyini bilmirsən. Vaxtını yaxşı istifadə et və hər işini əvvəldən planlaşdır.
 
3. Hardan başlayacağam?
 
Haradan başlayacağını bilmədiyin üçün heç bir şəkildə ilk addımı atmayanlardansan? İşə ilk addımı atmaqla başlaya bilərsən. Məsələn, birinci pilləyə çıxmadan, son pilləyə çat. Cəsur ol, başla.
 
4. Pulum yoxdur.
 
Böyük uğurlara nail olan  hər kəs böyük pullarla başlamadılar, unutma. Ən böyük kapital öz potensialının fərqində olmaqdır, bunu bil.
 
5. Doğru məlumata malik deyiləm.
 
Günümüzdə məlumata çatmaq o qədər asandır ki. Sən araşdır, ensiklopediyalarla dolu məlumat önünə töküləcəkdir. Yetər ki istə.
 
6. Lazım olan xarakterə malik deyiləm.
 
Bəs lazımi keyfiyyətlərə malik olmaq üçün nə etdin? Özünə güvən, özünü yetişdir və özünə inamını yüksək tut. Ya da lazımi keyfiyyətlərə malik biri ilə çıx yola.
 
7. İradəsizlik.
 
10 il sonra harada olacağınızı xəyal edin və başlayın. 10 il sonra hələ də eyni yerdə olmaqla, yol almaq arasındakı fərqi yaşayın. İradə, ilk addımın atılması ilə başlayır. O ilk addımı atın.
 
8. Motivasiyam yoxdur.
 
Nə etmək, hara gəlmək istədiyini bilməyən birinin əlbəttə, motivasiyası olmaz. Hara getmək istədiyinizə dair bir yol xəritəsi çəkin. Motivasiya sonra gələcəkdir.
 
9. Uğura inanmıram.
 
Siz hələ bir yola başlayın, uğurun gəlib gəlməyəcəyi sizin işiniz deyil. Uğura çatmayanların böyük hissəsi, ilk addımı hələ atmamış olanlar və ya ilk məğlubiyyətdə geri addım atanlardır. Düşdükdə ayağa qalxın və əzmlə addımlamağa davam edin.
 
Uğura nail olmaq üçün müəyyən fədakarlıqlar etməlisən. Əvvəl inanmalı, sonra yola qoyulmalı, sonra da qarşına çıxan bütün maneələri dəf etməsini bilməlisən. Uğurun sehrli açarı filan yoxdur və uğura qısa yoldan çatmaq olmaz. Nail olmağın yeganə yolu çalışmaq, çalışmaq və daha çox çalışmaqdır. Unutma, çalışmadan qazanılan şeyə uğur deyilə bilməz. Uğur səyin nəticəsində əldə edilən çox qiymətli bir anlayışdır. İndi isə xəyallarına bir pilləkən daya və başla çıxmağa.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN