Uğurlu gün üçün vərdişlər...

0
4048
Uğurlu gün üçün vərdişlər...

1. Fikir və ideyalarınız üçün inbox sistemindən istifadə edin. Ağlınıza nəsə yeni bir ideya gələrsə onları mütləq harasa qeyd edin. Bunun üçün istənilən  proqram təminatı (məsələn Evernote) və ya sadə Word faylından istifadə edə bilərsiniz.
2. Prioritetlərinizi müəyyənləşdirin. Çalışın ki, hər dəfə işə başlamazdan əvvəl işləri vaciblik əmsalına görə sıralayasınız.
3. Səhər erkən oyanın və işlərinizi həll etməyə başlayın. Belə formada qrafik sizə işlərinizi daha açıq, aydın beyinlə görmək imkanı verəcək.
4. E:mail ünvanınızı gündə 2 dəfə yoxlayın. Son dövrlərdə artıq çoxları elektron poçtunu 10 dəqiqədən bir yoxlayır və bu artıq vərdiş halını alıb. Bundan mümkün qədər uzaq olmağa çalışın.
5. Önəmli olmayan işləri görməli olduğunuz işlər siyahısından çıxarın. Bu cür xırda işlər gününüzün çox hissəsini boşuna apara bilər. 
6. Otağınızı, iş masanızı yığışdırın və həmişə təmiz saxlayın. Bu proses insanda diqqətin formalaşmasına, kreativliyin inkişafına kömək edər.
7. Avtomatlaşdırın: imkan tapdıqca sıx gördüyünüz işləri vərdiş halına gətirin.
8. İşlərinizin qurtarma vaxtını dəqiq təyin edin.
9. Həftənin hansısa bir günü (şənbə, bazar) özünüzə istirahət verin və kompüterdən, e:mail-dən, facebookdan, eləcə də sizi yoracaq işlərdən uzaq olun. Dincəlməyə və gününüzü xoş keçirməyə çalışın…
 

ŞƏRH YAZIN