UĞURA AID 1000 İLDƏN ƏVVƏL DEYİLMİŞ, HƏLƏ DƏ QÜVVƏDƏ OLAN SÖZLƏR

0
8475
UĞURA AID 1000 İLDƏN ƏVVƏL DEYİLMİŞ, HƏLƏ DƏ QÜVVƏDƏ OLAN SÖZLƏR

 "Keçmişdən dərs götürməyənlər, gələcəyi görə bilməzlər"

Ümumiyyətlə ən son fikirlərin və yeni üsulların axtarışı içində olduğumuz indiki dövrdə, "Keçmişdən dərs almayanlar, gələcəyi görə bilməzlər" ifadəsini çox eşıdırık. Bu fikir ilə çox razıyam. Bu mənada, keçmişdə söylənən və hələ də qüvvədə olan müvəffəqiyyətə aid sözlər bəzi daimi faktların əlaməti ola bilər.

Mən də keçmişdən ilham almaq üçün tarixdə müdrik insanların həyat, xoşbəxtlik və müvəffəqiyyət haqqında söylədiklərini nəzərdən keçirməyə qərar verdim. Bir də nə görsəm yaxşıdır: müvəffəqiyyət və xoşbəxtliklə əlaqədar prinsiplər köhnədən bəri heç dəyişməyib. Araştırmamda, tarixdəki müdrik insanların zaman anlayışından asılı olmayan müdrik sözlər söylədiklərini kəşf etdiyimi söyləyə bilərəm.

Vaxtın idarəsi, insan əlaqələri, uğur zehniyyəti, dözümlülük və səbr kimi faktorların köhnə zamanlardan bəri müdrik insanlar tərəfindən vurğulandığı gerçəyi məni təəccübləndirmədi desəm yalan olar. Keçmişə baxmağım bu günün müvəffəqiyyət və xoşbəxtlik prinsiplərinin əslində zamandan asılı olmayan prinsiplər olduğunu anlamağıma kömək etdi.

Nəzərdən keçirdiyim tarixi sözlərdən 12 dənəsini toplayaraq sizlərə də təqdim etməyə qərar verdim. Bu məqalədə keçmişdəki bəzi müdrik filosofların, imperatorların, şairlərin, hüşunasların, riyaziyyatçıların və müəllimlərin 1000 ildən daha əvvəl söylədikləri uğurla bağlı ifadələri tapacaqsınız.

UĞURA AİD DEYİLMİŞ TARİXİ SÖZLƏR

"İstiqamətinizi dəyişdirməsəniz, getdiyiniz hədəfə çata bilərsiniz."

Lao Tzu, Çinli Filosof və Şair. (Yaşadığı dövr haqqında dəqiq məlumat yoxdur.)

"Müdrik ilə yol gedən müdrikləşər, axmaq ilə yol gedən zərər görər."

Süleyman Peyğəmbər. O, b.e.ə 990-931-ci illərdə yaşamışdır.

"Çox söz ilə az şey söyləmə, az söz ilə çox şey söylə."

Pifaqor, Yunan riyaziyyatçı və filosof. O, b.e.ə 570-495-ci illər arasında yaşamışdır.

"Ən böyük müvəffəqiyyət heç bir zaman yıxılmaq deyil, hər yıxılanda təkrar ayağa qalxmaqdır."

Konfutsi, Çinli müəllim və filosof. O, b.e.ə 551-479-cu illər arasında yaşamışdır.

"Yaxşı xarakter bir həftə və ya bir ay içində yaranmır. Uzun müddət ərzində tədricən formalaşır. "

Herakl, Yunanlı Filosof. O, b.e.ə 535-475-ci illərdə yaşamışdır.

"Xeyirxaq işlər insanın özünü yaxşı hiss etməsinə səbəb olarkən, digərlərinə də yaxşı hərəkətlər etməkləri üçün ilham verir."

Platon, Yunan filosofu və riyaziyyatçı. O, b.e.ə 428-347-ci illər arasında yaşamışdır.

"Kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir."

Marcus Tullius Cicero, Romalı Filosof və Hüquqşünas. B.e.ə 107 - 43-ci illər arasında yaşamışdır.

"Zəfər, zəfərə çata biləcəklərinə inananların olur."

Virgil, Romalı Şair. O, b.e.ə 70-19-ci illərdə yaşamışdır.

"Əmək bədəni qüvvətləndirdiyi kimi, çətinliklər da zehini gücləndirər."

Seneca the Younger, Romalı Filosof. B.e.ə 4 - 66-cı illərdə yaşamışdır.

"Hər mövzuda, özünüzə necə davranılmasını istəyirsənsə başqalarına da elə davranın. Bu hüququn və peyğəmbərliyin xülasəsidir. "

Hz. İsa

"Xoşbəxtlik və azadlıq bir prinsiplə başlayır. Bəzi şeylər nəzarətimizdədir, bəziləri isə deyildir ".

Epictetus, Filosof. O, b.e 55-155 illərda yaşayıb.

"Yaxşı insanın necə olacağı haqqında müzakirələri dayandırın. Yaxşı insan olun."

Marcus Aurelius, Roma İmperatoru. O, b.e 121-180-ci illərdə yaşamışdır.

Aydın olur ki, texnologiya və metodlar dəyişsə də, həyatda xoşbəxt və müvəffəqiyyətli olmağın sirləri və prinsipləri dəyişmir.

ŞƏRH YAZIN