Uğur Tempi

0
2519
Uğur Tempi

Hər insan həyatı boyunca çətinliklərlə qarşılaşır.Əngəllərlə dolu olan həyat yolunda insanlar yıxılıb-qalxıb irəliləyirlər. 

Hər bir insanın bacardığı bir iş vardır. O, mütləq, hər hansı bir sahədə bacarıqlıdır, hər hansısa bir işi mükəmməl bir şəkildə görür. Hər insan hər zaman müvəffəqiyyət qazana bilməz.
 
Bir insan bir işi bacaranda uğur tempini təqlid edə bilsə, eyni işi təkrar-təkrar bacara bilər.
 
Fərdi inkişaf proqramlarında bu mövzu üzərində çox durulur. Bir insan daha öncə çox uğurlu olduğu bir işdə daha sonra uğursuz olarsa, o şəxsə uğurlu olduğu andakı ruh halını xatırlaması məsləhət görülür.
 
Buna uğur tempinə keçmək deyilir. Insan keçmiş uğrunu, bu zaman keçirdiyi sevinc hissini yada salmaqla özünə inamını və uğura olan inamını artırır. Bu tempdə çalışan insan mütləq uğur qazanır. 
 
Daha əvvəl çox yaxşı gördüyümüz işləri, uğur tempinə keçərək yenidən görə bilərik. Əsl uğur, uğur tempinə keçə bilməkdən keçir.
 

ŞƏRH YAZIN