Uğur İlə Əlaqəli 7 Yanliş Düşüncə

0
3706
Uğur İlə Əlaqəli 7 Yanliş Düşüncə

Uğur nədir? Kimlər uğur qazanmış sayılır?Uğur qazanmaq üçün yaxşı Universitet bitirmək şərtdirmi? Uğur qazanmış insanlar həftədə neçə saat işləyir? Kömək istəmək müvəffəqiyyətli olmaq duyğusuna necə təsir edir? Müvəffəqiyyətli olmaq bütün dərdlərdən xilas olmaq deməkdirmi? Uğur çox vaxt şanslamı əlaqədardır?  Varlı və ya məşhur olmaq uğurlu olmaq deməkdir? Bu sualların cavabları ilə əlaqədar çox səhv düşüncələr var. Bu məqalə sizə uğurun necə bir şey olduğunu açıqlığa qovuşduracaq.

1. Müvəffəqiyyətli olmaq üçün yaxşı təhsil, yaxşı xarici dil və yaxşı Uuniversitet məzunu olmaq çox vacibdir.
 
Yaxşı xarici dil biliyi və yaxşı Universitet məzunu olduğu halda uğursuz olan çox insan var. Həqiqət odur ki hər kəs uğur qazana bilər. Müvəffəqiyyət - nə istədiyini bilmək, istədiyi şeylərə çatmaq üçün lazım olanları etmək və insanın özü üçün qoyduğu hədəflərə çatması deməkdir.
 
2. Uğurlu insanlar həftədə ən az 60 - 70 saat işləyir.
 
Əgər uğur qazanmaq istəyirsinizsə, həftədə ən azı 60 saat işləməlisiniz.
Uğur uzun müddət işləməkdən daha çox, doğru şeyləri doğru zamanlarda etməklə əlaqəlidir.
 
3. Uğurlu olmaq - çox pul qazanmaq və zəngin olmaqdır.
 
Zənginlik və pul uğurun gətirdiyi nəticələrdən yalnız biri ola bilər. Uğur-hədəflədiyiniz məqsədlərə çatmaq deməkdir. Çatılan məqsədlər həmişə çox pul və zənginlik ilə insanları təmin etmir.
 
4. Uğur qazanmaq şansla əlaqədardır. Yalnız şanslı olan çox az insan müvəffəqiyyətli ola bilər.
 
Lotoreyadan pul qazanmaq əlbətdəki şansla əlaqəlidir. Ancaq uğur şans işi deyil, əksinə plan qurmaq, qurulan plan üzrə işləmək lazımdır. 
 
5. Uğurlu insanlar heç vaxt səhv etmirlər.
 
Bütün insanlar səhv edirlər. Səhv etməyən insan yoxdur. Ancaq etdiyi səhvlərdən dərs alanlar və almayanlar var. Müvəffəqiyyətli insanlar da digər insanlar kimi səhv edirlər. Amma onlar etdikləri səhvlərdən dərs alaraq onları təkrarlamırlar.
 
6. Uğurlu olmaq bütün dərdlərdən xilas olmaq deməkdir.
 
Uğur bütün problemlərinizi həll edə bilməz. Qazandığınız uğur, ondan sonra ki bütün həyatınızda uğurlu olmağa zəmanət vermir. Müvəffəqiyyətdən sonra da müxtəlif problemlər ilə qarşılaşmağınız çox təbiidir. Unutmayın ki, müvəffəqiyyət sizin fövqəladə bir varlıq olmağını təmin etmir.
 
7. Məşhur olmaq uğurun ən vacib göstəricisidir.
 
Çox pul qazana bilərsiniz, hər kəs sizi tanıya bilər, çox məşhur ola bilərsiniz, bir çox unvan əldə edə bilərsiniz və gördüyünüz işləri böyük əksəriyyəti bilə bilər. Ancaq bunlar müvəffəqiyyətli olmaq üçün lazımlı olan şərtlər deyil. Kimsə sizi tanımasa da, zəngin olmasanız da, yalnız siz bilsəniz də çox uğurlu ola bilərsiniz.

ŞƏRH YAZIN