Ray Dalionun Uğur Sirrləri

0
2957
Ray Dalionun Uğur Sirrləri

Uğur qazanmaq hər kəsin istəyi olsa da, bunu ancaq uğur qazanmağa cəsarəti olan şəxslər qazanır. Sahəsində kifayət qədər uğur qazanan Ray Dalionun sirlərini sizinlə bölüşəcəyik.

O, Bridgewater Assosasiyasının təsisiçisi və baş investorudur. Aktivləri təxminən $ 169 milyard olan şirkət, dünyanın ən böyük hedcinq fondudur.

CNN bu yaxınlarda Dalio haqqında proqram hazırlayıb və ondan uğurunun sirlərini soruşub.
 
O, isə cavabında deyib ki, “Tarix təkrarlanır və mən digərlərinin səhvlərini təkrarlamıram. Yanlış qərarlardan nəticə çıxarmağı lap çoxdan öyrrənmişəm”.
 
O, həmçinin qeyd edib ki, belə yanaşma “böyük itaətkarlıq və ehtiyat” tələb edir. “Çoxları fikirləşirki mən varidatımı, hər şeyi bilməyimə borcluyam. Lakin onlar yanılırlar. Əsas məsələ mənim bilmədiyim, məlumatsız olduğum vaxtlarda necə davranmağımdır.” Deyə o, vurğulayıb.
 
“Başqa sözlə,  mən heç də haqlı olmağımı necə anlayıram? Mən ətrafımdakı ağıllı, innovativ insanlarla daim müzakirələr aparıram. Müxtəlif məsələlər barəsində onların fikirlərini öyrənirəm. Çalışıram hadisəyə onların gözləri ilə baxım və bu doğurdan çox kömək edir. Bundan sonra nəyin düz, nəyin səhv olduğunu daha rahat fərqləndirə bilirəm.”
 
Belə Sokratik yanaşma Reyə daha çox öyrənməkdə və daha düzgün qərarlar qəbul etməkdə kömək edir.
 
“Beləliklə, məlumatsız olmaq, nəyisə bilməkdən daha effektivdir.” deyə o, əlavə edir.
 

ŞƏRH YAZIN