Psixologiya Mövqeyindən Çox Pul Xərcləmənin Səbəbləri

0
4099
Psixologiya Mövqeyindən Çox Pul Xərcləmənin Səbəbləri

Pul xərcinin arxasındakı psixologiya mənbəli səbəblər sizə maraqlıdırmı? İnsanları daha ucuz ala biləcəkləri bir məhsul və ya təcrübə üçün böyük pullar xərcləməyə vadar edən nədir?

Pulunuz olsa, on min dollara bir qulaqlıq ala bilərsinizmi? Və ya başqa bir lüks əşya?
 
On min dollarlıq qulaqlığın səs keyfiyyəti min dollarlıq qulaqlığın on qatıdırmı? Bahalı əşya və təcrübə hər zaman daha keyfiyyətli, daha orijinal və daha çox xüsusiyyətə sahib kimi təqdim olunur. Amma həqiqətdə elə deyil. İnsanlar asan əldə etmədikləri pulu necə bu qədər asan xərcləyə bilir?
 
Bir əşyanın qiymətinin duyğumuza necə təsir etdiyi barədə aparılan araşdırmalara görə bizim dəyər anlayışımız baxımından qiymət o qədər əhəmiyyətlidir ki, daha ucuz olanlara eyni keyfiyyətdə də olsa, bahalı şeyləri daha yüksək və ya daha təsirli görürük.
 
Bir araşdırmada, şərab içmək təklif olunmuş və şərab içənlərin qiyməti  daha yüksək deyiləndə daha yaxşı olduğu və daha böyük zövqlə içdiyi görüldü.
 
Başqa bir tədqiqatda isə plasebo ağrı kəsicilər istifadə edilmiş, dərmanın qiyməti yüksək olduqda aşağı olanlara nisbətlə çox daha təsirli olduğu görülmüşdü.
 
Bəs, qiymət və qavrayış bizim nəyisə alma qərarlarımızda necə işləyir?
 
İnsanlar əslində iki dəfə bahalı olan məhsulun iki dəfə daha keyfiyyətli olduğunu düşünür. Hətta bu məhsulları aldığımızda, iki qat razı olunduğu görülür. Daha bahalı məhsullara istiqamətlənmə səbəbimiz də elə bu mövqedə qane olma hissini yaşamaq istəməyimizdir.
 
Hər kəsin üç ulduz verdiyi bir restoran, şirniyyat və ya film, bəzilərinin bir, bəzilərinin isə beş ulduz verdiyi məhsuldan çox daha etibarlı bir seçimdir. Amma ən yaxşı təcrübəni yaşamaq arzusu, riskə baxmayaraq digər variantı seçim etməyə itələyir.
 
Hər hansı bir məhsul və ya təcrübə üçün böyük pullar ödəyən insanlarda da eyni məntiqin etibarlı olduğunu bildirir. "On min dollarlıq içki, yarı qiymətdəki içkiyə nisbətən iki qat daha zövq verə bilər, çünki ən üst səviyyədə bir təcrübə olaraq görülür". 
 
Bəziləri isə yalnız özünəməxsus, daim xatırlayacağı növdən təcrübələri yaşayanda irəliləyiş, uğur qeyd etmə kimi duyğular hiss edir.
 
Sahibkar Coşua Cartu, həvəskar yarış maşını sürücüsü və Ferrari kolleksiyaçısıdır. Eyni marağı bölüşən seçmə bir sosial ətraf mühitlə əlaqə yaratmasını təmin etdiyi üçün avtomobillərə maraq göstərdiyini deyir: "Maddi şeyləri yığdığınızda hiss etdiyiniz xoşbəxtlik çox böyükdür. Digər şeylər kimi etdikcə hər dəfə daha az zövq almağa başlayırsınız. Ferrari alma yolu çox maraqlıdır, xüsusi insanlardan ibarət bir qrupun parçası olursunuz".
 
Bəziləri uğurlu olduqlarını göstərmək üçün çox pul xərcləməyə yönəlir. Cartu, "Artıq təmas halında olduğum insanlara onların səviyyəsində olduğumu göstərməyim lazım idi. Amma bir müddət sonra insanlara təsir etmək istəyi əhəmiyyətini itirdi" deyir.
 
İqtisadiyyat nəzəriyyəsində bir əşyaya tələb artanda onun qiyməti düşür. Amma əksinə, Veblen məhsulu olaraq adlandırılan lüks məhsullarda fəaliyyət bu qanunun çərçivəsindən kənardadır. Qiyməti artdıqca ona tələb də artar.
 
Lüks məhsullar satın almağın daha sadə bir səbəbi isə bu məhsullarda xoşbəxtlik axtarışıdır, onların sadə insanı xoşbəxt edəcəyi düşünülür. Norton isə xərc yolu ilə xoşbəxtlik hissinin nə qədər çox xərc edildiyinə deyil, necə sərf edildiyinə bağlı olduğunu vurğulayır.
 
Çox insanın artıq bir məhsul satın alaraq xoşbəxt olmaqdan uzaqlaşdığını və yeni təcrübələr üçün pul xərcləməyə üz tutanların da artdığını qeyd edə bilərik. 
 
Özünüz üçün bir şey aldığınızda o an xoşbəxt olarsınız, əlbəttə. Onsuz da o xoşbəxtlik üçün nəyisə alırıq. Amma bu xoşbəxtlik zamanla artmaz. Halbuki başqalarına bir şeylər vermək zamanla xoşbəxtliyi daha da artırır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN