Necə Varlanmaq Olar Sualına Milyonerlərdən 15 Cavab

0
5876
Necə Varlanmaq Olar Sualına Milyonerlərdən 15 Cavab

Varlanmaq üçün soğan yox, avokado olmaq lazımdır. Çünki indiki dövrdə insanlara soğandan çox avokado maraqlıdır.
Necə varlanmaq olar sualının cavabı kimə maraqlı deyil ki? Necə olursa-olsun maddi baxımdan zənginlik yəni evlərə, avtomobillərə, gözəl həyata sahib olmaq hər bir kəsin arzusudur.
 
Varlanmaq üçün əlbətdə ki, hamımızın bildiyi kimi çox işləməyiniz və peşələrinizdə kamilləşməyiniz vacibdir. Lakin siz də bilirsiniz ki, bu sizin tamamilə zəngin olmağınıza kömək etməyəcək. Bundan əlavə bilinən yollara əl atmaq və milyonerlər kimi düşünə bilmək vacibdir.
 
Varlanmağınızın qarşısını alan ən əsas şeylərdən biri tənbəllik və məsuliyyətsizlikdir. Fərdi məsuliyyətlərinizdən qaçaraq və tənbəllik edərək heç vaxt varlana bilmərsiniz.
 
1. Zəngin insanlarla əməkdaşlıq edin
Orta gəlirli insanlarla zaman keçirtmək həyatınızda heç bir dəyişikliklərə səbəb olmayacaq ve ya bank hesabınızdakı məbləği çoxaltmayacaq. Varlanmaq istəyirsinizsə, boş işlərə ayırdığınız zamanı peşəkar və varlı insanların əhatəsində keçirtməyə çalışın, onların həyatlarını analiz edin. Konfranslarda və ya bənzəri yığıncaqlarda iştirak edin, bu hallar sizin üçün yeni fürsətlər yarada bilər.
 
2. 100 qaydasını tətbiq edin
İş həyatının ən bilinən terminlərindən biri QAYDA 100-dür. Bu qaydanın ən yaxşı tərəfi həyatın hər bir sahəsində istifadə edilə bilməsidir. Məsələn: ildə 100 məqalə yazsanız ya da 100 idman hərəkəti etsəniz həyatınızın müsbət tərəfə necə dəyişdiyini görəcəksiniz. Varlanmaq istəyənlər bu qaydanı siyahısına mütləq əlavə etməlidir. 
 
3. Kütlə üzərində böyük bir təsir yaradın
Kütlə üzərində nə qədər böyük təsir yaratsanız, varlanmağınız bir o qədər asan və tez baş tutacaq. Axırıncı dəfə kimlə və nə vaxt tanış olmusunuz və ya gündə neçə nəfərlə tanış olursunuz? Əgər cavabı bilmirsinizsə, bu halı dəyiştirin. Hardasa 2 nəfərlə tanış olursunuzsa çalışın bu sayı 5 nəfərə qaldırasınız. Ətrafınızdakı insanları müşahidə edin, tanış olun, əlaqə saxlayın. Çünki nə qədər çox insan tanısanız bir o qədər çox fərqli işlər görə bilərsiniz və yeniliklər edə bilərsiniz.
 
4. Lazımsız bəzi şeyləri etməkdən əl çəkin.
Etdiyiniz bir çox işin sizin üçün vacib olduğunu düşünə bilərsiniz. Doğrudanda bu işlərin vacib olduğuna inanırıq. Lakin bir çox şeyi özünüz etmək yerinə, sizə kömək edəcək insanların olması yaxşıdır. Məsələn bir hüquqşunas gün ərzində ona gələn zənglərin hamısına özü cavab versə, çox vaxt itirə bilər. Halbuki köməkçi götürsə daha çox vaxd qazana və daha vacib işlər ilə məşğul ola bilər. 
 
5. Öz  bazar dəyərinizi bilin
Dəyərinizi yüksək tutmaq üçün soğan deyil, gözəl bir bağlamada rəfə düzülmüş avokado olmalısınız. Məsələn: ABŞ-ın prezidenti Donald Tramp 3,7 milyard, musiqiçi Castin Timbirleyk 230 milyon dollar illik qazanca sahibdir. Düzdür hal hazırda onlar sizin rəqibiniz deyillər, siz indiki rəqiblərinizin nə qədər illik dövriyyəsi olduğunu öyrənin. Bu rəqəqmlər onların bazar dəyərini təxminən bilmənizə kömək edəcək. Beləliklə planlarınızı necə quracağınız haqqında sizin fikirləriniz yaranacaq.
Gəlirinizin, əlinizdə mövcud olanların və investisyalarınızın sizə qazandırdıqlarını toplayaraq öz bazar dəyərinizi müəyyənləşdirə bilərsiniz.
 
6. Həyatınızı əvvəlcədən planlamağa başlayın.
Əgər dahi bir birjaçı deyilsinizsə bir həftə ərzində milyon qazanmağı unudun. Statistikalardan gördüyümüz kimi varlanmaq qısa zamanda baş vermir, uzun və çətin yollardan keçmək lazımdır. Üzünüzə gələn ən azı ilk beş ilə aid bir planınız olmalıdır. Məsləhət görərdik ki, indidən gələcək həyatınızı planlamağa başlayasınız.
 
7. Pulunuza yiyə çıxın, ona ehdiyacınız olacaq
Həyatınızda bəzən qənaət etmək, lazımsız pul itkisinin qarşısını ala bilər. Əlbətdəki sadəcə qənaət edərək varlanmağınız mümkün deyil. Qənaət edərək topladığınız pulnan yatırım edə bilərsiniz. Məsələn 5 il ərzində inflyasiyadan yüksək gəlir təmin edəcək investisiya vasitələri ilə qiymətləndirə bilərsiniz. Bu halda gəlirlərinizin hamısının 70 % dən çoxunu təhlükəyə atmayacaq risk səviyyəsi çox yüksək olmayan investisiya fondları sizin üçün yaxşı bir variant ola bilər.
 
8. Gəlirinizi 2-3 qatına qaldırın.
Əgər ildə 20 min qazanırsınızsa 60 min qazanmağı ozünüzə məqsəd qoyun. Bu məqsədinizə çatmaq üçün çox çalışın, əlinizdən gələni edin çünki ancaq bu yolla siz istədiklərivizə nail ola bilərsiniz. Pulunuzdan istifadə edərək pul qazanmağa çalışın, bu varlanmağın yollarından biridir.
 
9. Vaxtınızı effektiv qiymətləndirin
Əgər standart bir işiniz varsa işdən sonra, əlavə işlər görmək yaxşı bir yol ola bilər. Pulunuzdan istifadə etməyi öyrənmək üçün kurslara gedə bilərsiniz. Yeni şeylər öyrənib özünüzü təkminlləşdirdiyiniz zaman, pulunuzdan daha səmərəli və düzgün istifadə edərək daha artıq gəlirlər əldə edə bilərsiniz.
 
10. Əldə etdiyiniz qazancı təkrar yatırımlarda istifadə edin
Qənaət edərək topladığınız pulu düzgün investisiyaya etsəniz, mütləq halda bir qazanc əldə edəcəksiniz. Yatırımlardan əldə etdiyiniz gəliri də yenidən yatırım kimi istifadə edin. Məsələn, yeni investisiya fondları almaq, kirayə verib pul qazanacağınız daşınmaz əmlak  almaq və ya həqiqətən yaxşı gəlir gətirəcək bir müəssisə açmaq da əldə etdiyiniz qazancı yeni investisiyalara çevirməyin fərqli yolları arasında yer alır.
 
11. İqtisadi savadınızı artırın
ABŞ-ın prezidenti ve biznesmen olan Donald Trampın dediklərinə görə “Öyrəndiklərimiz və təcrübələrimizlə gələcəyə planlar qurmasaq, hamımız risklərlə qarşı-qarşıya qalarıq, əgər həyatımıza təsir edən yeniliklər varsa bunlar haqda araşdırıb öyrənməmiz şərtdir”. Bir insan görmək istədiyi işin təhsilini alan zaman o iş barədə daha çox fikirə sahib olduğu üçün işi daha yaxşı ələ alır. Gördüyünüz iş haqqında nə qədər çox məlumatınız olsa o qədər az risk etmiş olacaqsınız.
 
12. Kiçik xərclərə nəzər yetirin
Daha çox qənaət etmək üçün kiçik xərclərə mütləq halda nəzər yetirin. Bir il  etdiyiniz kiçik və lazımsız xərcləri ilin sonunda alt-alta sıraladığınızda nələr itirdiyinizi görməyiniz çətin olmayacaq.
 
13. Sadəlövh olmayın
Milyarder biznesmen Uoren Baffetin məşhur bir sözü var: “Əgər poker oynadığınız masada 20 dəqiqə ərzində kimin daha sadəlövh olduğunu başa düməmisinizsə deməli sadəlövh olan sizsiniz”. 
 
14. Varlıların hər zaman niyə daha varlı olduqlarını unutmayın
Necə deyirlər pul pulu çəkər, çünki yatırımı etməyə pulunuz varsa daha çox pul qazanacaqsınız. Bəlkə yeni səhvlər edə bilərsiniz və pul itirərsiniz, lakin işin maraqlı tərəfi odur ki, əgər pulunuz varsa və varlısınızsa təkrar pul qazanacaqsınız
.
15. Sərvətinizi yaradın
Strategiyalarınızı, planlarınızı və hədəflərinizi təyin etdikdən sonra eynilə bir zəncir kimi sərvətiniz də yaranmağa başlayacaq. Işinizdə irəliləmək, daha çox pul qazanmaq və pulunuzdan düzgün istifadə edərək doğru yatırımlar etmək prosesinin hər bir addımı da bu zəncirin halqalarını yaradacaq.

ŞƏRH YAZIN