Necə Varlanmaq Olar?

0
5948
Necə Varlanmaq Olar?

Amerikalı yazıçı Stiv Siebold varlanmaq haqqında yazdığı kitabında insanın varlanmağı bacarması üçün lazım olan şərti tapıb.

1.Varlı və orta təbəqəyə məxsus insanlar arasında ən böyük fərq onların pul haqqındakı düşüncəsidir.

Əgər doğurdan da imkanlı olmaq istəyirsinizsə, ilk olaraq milyonçu kimi düşünməyi öyrənməlisiniz.

2.Orta yaşayış tərzi olanlar qənaətə, varlılar isə daha çox qazanmağın yollarını öyrənməyə can atır.
 
3.Kasıblar daim pullarının bitəcəyi qorxusu ilə, varlılar isə daha çox pul qazanmaq yollarını axtarmaqla yaşayırlar. Yoxsullar pula duyğusal, varlılar isə məntiqlə yanaşırlar.
 
4.Orta təbəqə varlanmağın öz əllərində olmadığını düşündükləri halda, varlılar bu gücün insanın içində var olduğuna inanırlar.
 
5.Orta təbəqəyə məxsus insanlar düşdükləri çətin vəziyyətdən kiminsə onları xilas etməsini gözləyir. Varlılar isə heç kimin gəlib onları qurtarmayacağını dərk edir və öz işlərini vaxtında həll etməyə çalışırlar.

ŞƏRH YAZIN