Milyarder Olmağın Sirri Nədə Gizlidir?

0
3599
Milyarder Olmağın Sirri Nədə Gizlidir?

1.Həqiqətən zəngin olan insanların birinci sirri ondadır ki,onlar uğursuzluğa düçar olmaqdan qorxmurlar. Hər bir milyarder həyatında ən azı bircə dəfə də olsun öz işi üçün riskə girmişdir.Bu da təbii ki,yaxşı nəticələndiyi kimi  pis də nəticələnə bilir.Lakin onlar hər şeyi gözə ala bilirlər.Onlar uğursuzluqlarından dərs çıxarmağı bacarırlar. Əsas səhv etmək deyil, o səhvlərdən düzgün nəticə çıxara bilməkdir. Onlar səhv edə- edə daha da müdrikləşirlər.

2.Dünya Milyarderlərinin ikinci sirri onların yeni gəlir mənbələri ilə bağlı məsələlərə qeyri-adi yanaşma tərzidir. Dünya biznesinin ən güclüləri heç vaxt əldə etdikləri ilə yetinmir, sonda qazandıqları nəticələrdə səhvən doğrunu təhlil edə bilir və həmişə daha çoxuna nail olmaq üçün əllərindən gələni edirlər. 
 
3.Həqiqətən maddi imkanı güclü olan şəxslərin üçüncü sirri isə düzgün həyat yoldaşı seçimi ilə bağlıdır. Xoşbəxt evlilik heç də pulla əlaqəli bir şey deyil. Sənin hər bir işində yanında olan, və ən əsası sənin uğur yolunda daha da irəliləyəcəyinə inanan həyat yoldaşının olmağı önəmlidir.
 

ŞƏRH YAZIN