İnsana Ən Böyük Təcrübəni Çətinliklər Qazandırır.

0
4880
İnsana Ən Böyük Təcrübəni Çətinliklər Qazandırır.

Həyatı mənalı edən və insana təcrübə qazandıran ən əhəmiyyətli təcrübələrin həyatın çətinlikləri olduğu bir gerçəkdir. Psixoloq Dr. Knight uzun zaman davam edən təcrübələri nəticəsində, çatmaq istənən idealı daim göz qarşısında saxlamaq şərtiylə, hər hansı bir şeyi səhv etmənin doğru etmək qədər faydalı ola biləcəyini ortaya qoymuşdu.

Edisondan alınacaq nümunə, dahiliyin necə bir özünü həsr etmənin, necə bir səbr və əmək məhsulu olduğunu ortaya qoymaqdadır. Edison, elektrik lampasını icad edərkən, lampanın içinə qoyulacaq 3000-ə yaxın maddəni sınamış, müvəffəqiyyət göstərə bilməmiş, bunun üzərinə dostları onu bu işdən imtina etdirməyə çalışmışdı. 
 
Hətta bu vəziyyət Stevens Texnologiya İnstitutu tərəfindən də etiraza uğramışdı. Buna qarşı Edisonun cavabı belə olmuşdur; "Bəylər, bəli, 3000 maddəni sınadıq, heç bir nəticə ala bilmədik. Lakin bu sınaqlardan, üç min maddənin heç birinin işimizə yaramayacağı nəticəsini da almadıq mı? "
 
Yanlış, faydasını hələ ki bir üstünlüyə dönüşdürə bilmədiyin bir hadisədir. 
 
Səbr, müsbət düşünmə qüdrətidir. Səbr etmək, insanın arzu etdiyi hədəfə doğru davamlı müqavimət göstərərək nəticəyə varmasıdır. 
 
Çox, azların səbrli bir toplamıdır. İncə-incə yağan qar bir bol deyildir, amma torpağın dərinliklərinə qədər işləyər. Daşı deşən, suyun qüvvəsindən çox, damlaların davamlılığıdır. Zəfəri bu səy və davamlılıq təmin edir.
 
Bizi həyatdan şikayətə sövq edən şey, qarşılaşdığımız çətinliklərin böyüklüyü deyil, iradəmizin zəifliyidir. (Jeremy Taylor) 
Alpinistlər, Everestin ilk yamaclarına uzaqdan baxdıqları zaman, hər şey çətin idi onlar üçün. İrəlilədikcə keçid tapdılar özlərinə.
 
Bunun üçündür ki, hər şeyin istədiyimizə mane olacağına əvvəldən və uzaqdan qərar vermək, istəmək deyil. (Alain) 
 
Sünbülün yaxşı yetişməsinə maneə, zərərli otlar deyil, cütçünün biganə qalmağıdır. (Konfutsi) 
 
Çox dərin olan quyu deyil, çox qısa olan ipdir. (Çin Atalar sözü) 
 
Həll etmək istəyib də anlaya bilmədiyimiz hansı məsələ var? İradə, səbr və stabillik göstərib də onun qapısından döndüyümüz oldu mu?
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN