İdarəçilik Ruhunu Gücləndirən Xüsusiyyətlər

0
2805
İdarəçilik Ruhunu Gücləndirən Xüsusiyyətlər

Əslində idarəçilik ruhunun tam olaraq nələrlə qidalandığını anlamaq üçün əvvəlcə rəhbərlik tərifini tam olaraq içimizə həzm etdirməyimiz lazımdır yəqin ki.

Rəhbərlik deyəndə bir qrupu idarə etməyin qısa tərifinin daha xaricində bəzi qüvvələr və bacarıqlar gəlməsi lazım olduğuna inanıram.
 
"Rəhbər, ona verilən səlahiyyətlər və məsuliyyətlər daxilində komandanı idarə edən və öyrədən, planlaşdıran və qərar verən, koordinasiya etmək gücünə malik, biliyi və təcrübəsinə əlavə olaraq məsuliyyət və liderlik xüsusiyyətləri qurumuna və əməkdaşlarına fayda verən şəxsdir."
 
Həqiqi bir rəhbər, bilikli, təcrübəli, ehtiyatlı, dinamik, qətiyyətli, lider ruhlu, ədalətli, qərəzsiz, dürüst, ardıcıl, nüfuzlu, nəticə yönümlü, kompromis və proaktif olmalıdır.
 
Yeni ideyalara və tənqidlərə açıq olan, yüksək inandırmaq qabiliyyətinə malik, qarşılıqlı idarəni yaradan, empatiya quran, qəzəb və eqosunu idarə edə bilən, komandanı tərbiyə edən və komanda ruhunu yarada bilən idarəçilərin uğurlu olma faizləri digərlərinə görə daha yüksəkdir.
 
Yaxşı bir idarəçi özünə güvənir. Şəxsi imicinə və xarici görünüşünə önəm verir, komandasını da çalışan qurumun perspektivinə görə istiqamətləndirir. Komandanı tərbiyə edərək, inkişaf etdirərək və motivasiya edərək etdirdiyi işlərdə daha uğurlu və səmərəli nəticələr alır.
 
Şirkət daxilində və şirkət xaricindəki şəxslərlə müsbət əlaqələr qurur. Çətin vəziyyətlərdə və təcili həll edilməsi lazım olan məsələlərdə sürətli, ancaq doğru qərarlar verir. Həm idarəçiliyini etdiyi sahədə, həm də sosial sahələrdə (siyasət, iqtisadiyyat, psixologiya, texnologiya, tarix, ədəbiyyat, ümumiyyətlə, mədəniyyət kimi) məlumatlı olmağa və araşdırmaya əhəmiyyət verməlidir.
 
Uğurlu bir rəhbər, sona çatdırdığı işlər və uğurları ilə olduğu iş yerində müsbət izlər və səmərəli əsərlər qoyan şəxsdir.
 
İdarəçilik ruhunu gücləndirən meyarlar:
 
Komanda ruhu formalaşdırmaq və dəstəyilə inteqrasiya olunmaq,
 
Qrupuna inam, güc, ilham və bacarma istəyi aşılamaq,
 
Prioritetlərini müəyyən etməli, diqqət və enerjilərini artırmaları barədə komandanı motivasiya etmək, yol göstərici ola bilmək,
 
Dəyişən şərtlərə və şəraitlərə uyğunlaşmaq və asan adaptasiya ola bilmək,
 
Komandasına iş vermə və geri təslim alma zamanlarını və proqramlaşdırmanı doğru aparmaq,
 
Liderlik ruhuna və möhkəm etik dəyərlərə sahib olmaq,
 
Qrupa müraciət edəbilmə, təqdimat edə bilmək üstünlüyünə malik olmaq,
 
Səs tonunu və vurğulamalardan yaxşı istifadə etmək,
 
Yazılı ifadə qabiliyyətinə, təhlil və planlaşdırma etmə qüvvəsinə malik olmaq,
 
Öz dilindən həm yazılı, həm də  şifahi olaraq doğru istifadə etmək,
 
Hədəflərini tutdura bilmə enerjisinə və hərisliyinə malik olmaq,
 
Əsaslı, hissiyatlı və tərəfsiz ola bilmək,
 
"Mən" əvəzinə "Biz" deyə bilmək.
 
Hər şey sizin əlinizdədir… Hərəkətə keçmək üçün ən gözəl gün bu gündür. Dünən yaşandı, sabah isə hələ gəlməyib.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN