İbrətlik Bir Cavab

0
6459
İbrətlik Bir Cavab

Dünyanın ən böyük maliyyə şirkətlərindən biri olan J.P. Morganın CEO-su Ceyms Dimonun, zəngin, pul hərisi olan  bir qızın özünə atdığı  bir elektron poçta verdiyi ibrətlik cavabı.

Zəngin bir insanla evlənmək istəyən qızın J.P. Morgan'a yolladığı elektron poçt:
 
Cənab Morgan,
 
Mən sizə qarşı dürüst olacam. Bu il 25 yaşım tamam olur. Çox gözələm, yaxşı bir geyim tərzim var və keyfiyyətli şeyləri sevirəm. Mən illik gəliri ən az 500.000 dollar və ya daha çox olan bir insanla evlənmək istəyirəm. Acgöz olduğumu düşünə bilərsiniz, ancaq Nyu-Yorkda illik gəliri 1 milyon dollar olan insanlar təəssüf ki, orta təbəqə hesab olunurlar.
 
Mən çox şey istəmirəm. Sizin yaşadığınız ölkədə 500 min dollar və ya daha çox illik gəliri olan varmı? Hamınız evlisiniz? Mən bu mövzularla maraqlanıram və soruşmaq istəyirəm ki, sizin kimi varlı insanlarla evlənmək üçün nə etməyim lazımdır?
 
Bugünə qədər münasibətdə olduğum kişilər arasında ən imkanlısı ildə 250.000 dollar qazanıb. Mərkəzi Parkın qərb tərəfində yüksək büdcəli yaşayış yerində yaşamaq istəyən bir adam üçün illik 250.000 dollar kifayət deyil. Sizə təvazökar bir şəkildə sual verirəm:
 
1. Varlı insanlar ən çox hansı məkanlarda olurlar? (Zəhmət olmasa bar, restoran, idman zalı, klub və s. kimi məkanların adlarını və ünvanlarını yaza bilərsiniz?)
 
2. Hansı yaş kateqoriyasına diqqət etməliyəm?
 
3. Hansı səbəbə görə varlıların həyat yoldaşlarının əksəriyyəti orta gözəllikdə olur? Bir neçə qızla görüşdüm. Onlar gözəl və ya cazibədar deyillər, lakin onlar zəngin kişilərlə evlənə bilirlər.
 
4. Kimin həyat yoldaşınız, kimin sadəcə sevgiliniz ola biləcəyinə necə qərar verirsiniz? Mənim hədəfim evlənməkdir. Zəngin bir insanla evlənə bilmək üçün nə etməliyəm?
 
Hörmətlərimlə
 
Miss Gözəl
 
Ceyms Dimonun qıza cavab olaraq yolladığı elektron poçt:
 
Yazdığınızı böyük bir maraqla oxudum. Təxmin edirəm ki, sizin kimi eyni sualları soruşan bir çox gənc qız var. Xahiş edirəm, peşəkar bir investor kimi vəziyyətinizi təhlil etməyimə icazə verin. Mənim illik gəlirim 500.000 dollardan çoxdur, sizin meyarlarınıza uyğun gəlir, buna görə ümid edirəm ki, vaxtınızı boş yerə almıram.
 
Bir iş adamının gözündən baxarsaq, sizinlə evlənmək pis bir fikirdir. Səbəb çox sadədir, xahiş edirəm izah etməyimə icazə verin. Əgər detalları bir kənara  buraxırıqsa, "gözəllik" və "pul"  ifadələrini qarşılaşdıraq: A şəxsi gözəlliyinizin qayğısına qalar və B şəxsi  bunun üçün pul ödəyər, olduqca ədalətlidir. Ancaq burada ölümcül bir problem var, sizin gözəlliyiniz itəcək, amma mənim pulum yaxşı bir səbəb olmadığı təqdirdə tükənməyəcəkdir. Əslində mənim gəlirim ildən-ilə artmaqdadır, lakin siz ildən-ilə gözəlləşə bilmərsiniz. Bu səbəblə, iqtisadi baxımdan baxarsaq, mən dəyər qazanan bir varlığamsa, siz dəyər itirən bir varlıqsınız. Həm də sıradan bir dəyər itkisi deyil, qatlanaraq artan bir dəyər itkisidir. Əgər gözəllik sizin yeganə varlığınızdırsa, dəyəriniz 10 il sonra çox daha aşağı olacaq.
 
Wall Streetdə işlətdiyimiz bir deyimdən istifadə etsək, sizin üçün "mübadilə mövqeyi" deyə bilərik, "pul qarşılığında al və gözlə " deyil. Sizi pul ilə almaq yaxşı bir fikir deyil, bu səbəblə icarəyə götürməyi seçərəm. Çünki alış-veriş dəyəri düşən bir şeyi uzun müddət  əldə saxlamaq heç də ağıllı bir fikir deyil. Şübhəsiz, eyni şey sizin istədiyiniz evlilik üçün də keçərlidir.
 
Bu yazdıqlarım sizin üçün qəddarca gəlirsə, bir də belə düşünün: Mən bütün pulumu itirsəydim, məni tərk etmiyəcəkdiniz? Eyni şəkildə gözəlliyinizi itirdiyinizdə, mənim də çıxış yolumu tapmağım lazım deyilmi?
 
İllik gəliri 500.000 dollardan çox olan insanlar axmaq deyil. Sizinlə yalnız sevgili olarıq, amma evlənmərik. Sizə zəngin bir insanla evlənmək fikrini unutmağı təklif edirəm. Yeri gəlmişkən, ildə 500.000 dollar qazanan o zəngin insan siz ola bilərsiniz. Çünki o qədər pulu qazanmaq, zəngin bir axmaq tapma ehtimalınızdan daha yüksəkdir.
 
CEO J.P. Morgan
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN